Siz heç düşünmüsünüzmü, niyə indiki İranın paytaxtı Tehran şəhəridir və kim tərəfindən bu şəhər mərkəz olaraq təyin olundu?
Bİldiyiniz kimi Səfəvi dövlətinin paytaxtı ilk öncə Təbriz şəhəri seçildi, daha sonra Qəvin və son olaraq İsfahan.
İngilis yazar Vilyam Prays Qacar dövlətinin paytaxtı qismində İsfahanın seçilməmə səbəbinə aydınlıq gətirdi:

“İran (Qacar) hökmdarının adı Fateh Əlidir (Fətəli şah Qacar); onun iradəsi qanundur. Onun üç naziri var, orta yaşdan yuxarıdır, çoxlu arvadı və altmışa yaxın oğlu və qızı var. Adətən sadə geyinir, ancaq dövlət əhəmiyyətli günlərdə daş-qaşla örtülür. Babası onun sülaləsinin birincisi idi; millətin daxili qarışıqlıqlardan sarsıldığı bir dövrdə hökumət sükanını əlinə aldı; o, Qacar qəbiləsindən idi və Azərbaycandan gəlmişdi. Qacarlar, ölkənin böyük bir hissəsində, Tehran ilə Xəzər dənizi arasında yaşayırdılar.
Saray aparatı əvvəllər İsfahanda yerləşirdi; ancaq Qacarlar öz əyalətlərindən bu qədər uzaqda olduqlarından özlərini təhlükəsizlikdə hiss etmirdilər, ona görə mərkəzi Tehrana köçürməyi lazım bildilər, ki hər hansısa bir sarsıntı meydana gəldiyi təqdirdə, kral tezliklə öz qəbiləsinin arasında olacaq.”

(William Price, Journal of the British Embassy to Persia)

Mənbə: http://turcomanica.blogspot.com

Write A Comment