“Ən qədim” xalqı, guya azərbaycanlıları Bakıya qədər qovmaqdan saxlayan Rus sülhməramlılarının köməyə gəlməməsi erməniləri “sındırdı”.
Ermənilərin döyüşkən ruhu hara itdi bəs? O ümumiyyətlə var idi ki?

Bu baxımdan, M.S.Ordubadinin 1905-1906-cı illərdə erməni-müsəlman münaqişəsi zamanı hayların xarakteri haqqında qeydlərini xatırlayaq.
O vaxtdan bəri heç nə dəyişməyib:

“Məsələ burasındadır ki, ermənilərin döyüşkənliyi mum kimidir və onları bir az qorxudan kimi, köpük kimi puç olurlar. Çünki ermənilərin qəlbində nə mətanət, nə möhkəmlik, nə də güc var”.

Ordubadi azərbaycanlıların döyüşdəki üstünlükləri haqqında:

“O gündən tək atışmalar yenidən başladı. Bəzi ərazilərdə barrikadalar var idi, oradan müsəlmanlar görünən bütün erməniləri atəşə tuturdular, ermənilər isə müsəlmanları. Ermənilərin bir çoxunun hərbi təlim keçməsinə və hərbi xidmət keçməsinə baxmayaraq, bu cür atışmalarda xeyli sayda erməni həlak oldu. Daşnaksütyun yaraqlılarına gəlincə, onların hamısı ən müasir silahlarla silahlanmışdılar”.

Erməni yaraqlıları və Azərbaycanın cavabı ilə bağlı aşağıdakı sitat, xüsusən də sonuncu cümlə, bizim günlərimizi xatırladır:

“Dəhşətli şəkil idi. Sığınacaqlarının arxasında qorxudan ölən ermənilər döyüşdə güllə və xəncərlərdən ölənlərdən, demək olar ki, çox idi. Əgər min müsəlman könüllüsü var idisə, ermənilər Şuşaya on dəfə çox insan cəlb etmişdilər. Müsəlmanlar düşmənlərə sığınacaqlardam qaçmağa imkan vermədilər, onların geri çəkilmə yolunu kəsirdilər. Onların ürəkləri düşmənə mərhəmət bilmirdi, çünki əvvəllər uzun müddət onlar erməniləri sülhə çağırdılar, amma təəssüf ki, uğursuzluğa düçar oldular”.

Write A Comment