Tarixi Azərbaycan ərazisində iki qədim dövlətin – Qafqaz Albaniyası və Atropatenanın (Adərbayqan) mövcud olmasına baxmayaraq, ərəb hökmranlığı dövründə hər iki ərazi Azərbaycan adlı vahid vilayətdə birləşdirilmişdi. Niyə?

Diqqət edin:

Ərəblər Adərbayqan (Atropatena) torpağını zəbt etdikdən sonra Albaniya ərazisinin dərinliklərinə doğru irəliləməyə başlayanda, Adərbayqan boyunca irəliləməyə davam etdiklərinə inanırdılar. Hətta yaşayış məntəqələrini və Albaniyanın paytaxtını Adərbayqan şəhərləri adlandırırdılar.

Nəhayət, Albaniyanın sərhəd şəhəri Dərbəndə çatan ərəblər Adərbayqanın şimal sərhədlərinə çatdıqlarını bildirdilər. Bu fakt orta əsr ərəb tarixçiləri və coğrafiyaçılarının əsərlərində aydın şəkildə qeyd olunur.

Ancaq daha maraqlısı başqa bir faktdır:

Albaniyadan keçərək Ədərbayqana yürüş edən xəzərlər onun şəhərlərini (xüsusən Ərdəbil şəhərini) alban şəhəri adlandırırlar. Bu, Xəzər xaqanı Yusifin yəhudi əsilli Kordovalı həkim və diplomat Xasday ibn Şapruta (915-970) yazdığı cavab məktubundan məlum olur. Belə çıxır ki, Adərbayqan boyunca hərəkət edən xəzərlər hələ də Albaniyada olduqlarına inanırdılar.

Bu iki fakt göstərir ki, nə şimal, nə də cənub qonşuları Albaniya ilə Adərbayqan (Atropatena) arasında xüsusi fərq qoymayıblar.

Bəs bu nə ilə bağlı ola bilər? Yalnız bir amil – dil. Bu hər iki dövlətin əhalisi etnik cəhətdən o qədər yaxın idi ki, onlar oxşar dillərdə danışırdılar, buna görə də ərəblər və xəzərlər onları eyni xalq hesab edirdilər.

Yuxarıda deyilənləri təsdiqləmək üçün, 1835-ci ildə tərtib edilmiş köhnə Avropa xəritəsini misal çəkə bilərik. Daha əvvəlki dövrü əks etdirən bu xəritədə qədim türk tayfası olan Sabir/Subar tayfasının məskunlaşdığı ərazi Araz çayının həm cənubunda, həm də şimalında yerləşən əraziləri əhatə etdiyini görürük.

http://amireyvaz.com

Write A Comment