Bir çoxlarını maraqlandıran sual odur ki, Pakistan-Azərbaycan əlaqələrinin tarixi kökləri hansı zamana dayanır?
Əlbətdə bu yöndə əsas ağırlıq Qızılbaş dövləti və Nadir şahın yürüşləri dövrünə düşür.

Oxuyuruq:

“19-əsrdə Pancabda Əhli-Beyt inancının (12 İmamlı Cəfəri) güclənməsinə ən mühüm töhfəni yalnız 1849-cu ildə Lahorda məskunlaşan Qızılbaş ailəsi etmişdir.
Qızılbaşlar Nadir Şah tərəfindən Əfqanıstana və Şimali Hindistana 1738-40 ci illərdə gətirilən Qızılbaş ordusunun bir qoludur. Əcdadları 2 əsrdən əvvəl İranda Səfəviləri hakimiyyətə gətirmişdilər. Onlar ham Nadir şahın, həm də [Əfqan] Əhmədin ordularında yüksək vəzifə tutmuş [Şirvan-Ustaclu əsilli] Sərdar Əli xan Qızılbaşın nəslindəndirlər.” (Andreas Rik «Pakistan şiələri»)

J.M. Wikeley «Pəncab Müsəlmanları» adlı əsərində isə, Lahorda yaşayan qızılbaşların sayına toxunaraq yazır:

“Əsl Qızılbaşlar, keçmiş İran (Səfəvi) ordusunun və Nadir şahın Hindistana hücumu zamanı qüvvəsinin əsas onurğasını təşkil edən Şərqi Qafqazdan olan Tatar (Türk) atlılar qəbiləsi idi. 1931-ci ildə siyahıyaalma da, Lahorda 220 Qızılbaş olduğu qeyd edilir.”

Vahid İbayev

Write A Comment