Türkiyədə baş verən zəlzələ ilə bağlı bütün sivil dünya öz yardım əlini uzadaraq insanlıq borcunu yerinə yetirdilər. Onların sırasında ilk növbədə əlbətdə Azərbaycan da var.

Lakin bu hadisəyə sevinənlərdə oldu. Bəli, bu erməni-haylar idi. Elə sevinirdilər ki, sanki 1988-ci ildə öz ölkələrində baş verən dəhşətli zəlzələni unutmuşdular, hansı ki, azərbaycanlıların öz torpaqlarından zorla qovulması zamanı ilə üst-üstə düşmüşdü.

Bir dəqiqə ərzində, ermənilərin gəlmə olduğu Azərbaycan şəhəri olan Hamamlı yer üzündən silinir.

Humanist azərbaycanlı, xain erməni xisləti…

Belə bir ağır günlərdə Azərbaycan SSR-dən Ermənistana yardım göndərilir. İlk yardım qrupu zəlzələdən bir gün sonra yola düşür. 11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədov rəhbərliyi ilə Hamamlıya çatır. Yüzlərlə yaralı ermənilər dağıntılar altından xilas edilir.

Dekabrın 11-də Azərbaycandan ikinci qrup Hamamlıya yardım məqsədi ilə 78 nəfər könüllü yığılır. Könülləri Spitaka aparan “İl 76” təyyarəsi Ermənistan ərazisində vurulur. 69 nəfər xilasedici, ehtiyatda olan hərbçi və 9 ekipaj üzvü həlak olur.
Tək bir nəfər sağ qalır. Fəxrəddin Balayev. O da 2011-ci ildə dünyasını dəyişir. Bu günə qədər həmin təyyarənin hansı şəraitdə və necə partlaması sirr olaraq qalır. Bircə bilinən odur ki, təyyarə erməni səmasında partladılıb.

Bununla yanaşı, donor olaraq bizdən qan belə götürmürdülər. Türk qanıdı deyə!

Bu azərbaycanlıların, bu da ermənilərin xisləti. Kim onlara zəmanət verir ki, ikinci Hamamlı zəlzələsi olmayacaq? Ağılsızca başqasının qəminə sevinəndə bilmək lazımdır ki, bu sənində başına gələcək və gəlmişdi də.

Miri Məcidlinin “Xaraba qalan Ermənistanın xəyanəti – Spitak zəlzələsi” məqaləsi əsasında

Write A Comment