ermənilər və Azərbaycan mədəniyyəti

Cəmi dörd dənə istinadlı misallar gətirəcəyik:

1) ​”TÜRK LƏNƏTLƏNİB, AMMA SÖZÜ MÜBARƏKDİR”

​”Keşiş ata, əzizim, — deyə o, ruhaniyə müraciət etdi,— düz deyirəm, yoxsa yalan? Yazı-pozu bilmirəm, ağdan qaranı seçə bilmirəm. Amma öz gödək ağlımla dünyəvi işlər barədə belə mühakimə yürüdürəm. Kimin xoşuna gəlmir — öz ixtiyarıdır, hər kəs özünün ağasıdır… “Kef sənin, kənd köxanın”. Türk lənətlənib, amma sözü mübarəkdir (xeyir-dualıdır)”.

📚Mənbə: ​Xaçatur Abovyan, “Ermənistanın yaraları”

2) ​”ERMƏNİLƏR ERMƏNİCƏ DEYİL, TATAR [TÜRK] DİLİNDƏ YAZIB-YARADIRLAR”

​”Ermənilər erməni dilində deyil, danışıq tatar dilində yazırlar, çünki bu, Cənubi Qafqaz xalqları arasında ünsiyyət, ticarət və qarşılıqlı anlaşma dilidir. Bu baxımdan onu Avropadakı fransız dili ilə müqayisə etmək olar. Xüsusilə də o, poeziya dilidir və yəqin ki, erməni dilində yazılmış şeirlərin bu qədər az olmasının səbəblərindən biri də budur: ən məşhur erməni şairləri, əsərlərinin daha geniş yayılması üçün həmişə tatar dilindən istifadə edirlər”.

📚Mənbə: ​Avqust fon Haksthauzen, “Zaqafqaziya diyarı. Ailə və ictimai həyat haqqında qeydlər…”

3) ​”MAHNILAR, NAĞILLAR, ATALAR SÖZLƏRİ — BİZDƏ HƏR ŞEY TÜRKCƏDİR”

​”Bax, elə götürək türk dilini: türklər özləri bu dildə yazmırlar, yalnız danışırlar,— üstəlik onlar bizdən nə qədər kobud və rəndələnməmişdirlər! Bununla belə, xalqımız onların dilinin dadını elə alıb ki, mahnılar, nağıllar, atalar sözləri — bizdə hər şey türkcədir, öz dilimizdə deyil — və bu, yalnız vərdiş yarandığı üçün belədir. Türkləri basurman (müsəlman/yadelli) adlandırırlar, amma dillərini sevirlər — bu, təəccüblü deyilmi!”

📚Mənbə: ​Xaçatur Abovyan, “Ermənistanın yaraları”

4) “TÜRK MUSİQİSİ VƏ DİLİNİN ERMƏNİLƏRƏ TƏSİRİ”

“Ermənilər tatar [türk] dili ilə o qədər qaynayıb-qarışıblar (doğmalaşıblar) ki, hətta öz xalq mahnılarını oxumağı tərgidiblər və tatar mahnılarının motivlərini məmnuniyyətlə dinləyiblər. Bunun nəticəsində aşıqlar (xalq müğənniləri) hətta tatar dilində mahnılar bəstələməyə və oxumağa başlayıblar. Erməni mahnılarını tatarca oxumaq adəti Ermənistanda o qədər dərindən kök salıb ki, indi də analar, məsələn, öz körpələrini tatar mahnıları ilə ovundururlar (laylay çalırlar), ictimai məclislərdə isə, məsələn: toylarda, xaç suyuna salma mərasimlərində və s. nəinki mahnı oxuyur, həm də tatarca lətifələr, nağıllar və müxtəlif zarafatlar (atmacalar) danışırlar”.

📚Mənbə: “Qafqazın məskənlərinin və tayfalarının təsviri üçün materiallar məcmusu” (SMOMPK). Buraxılış 2 (1882-ci il)

Samir Ağayar

Write A Comment