Şah İsmayılın ən yaxın müttəfiqi deyərkən, ağıla gələn ilk şəxs Babur Şahdır. Bu iki hökmdar fərqli Fihqlərə (məzhəblərə) bağlı olmaqlarına rəğmən, bir-birlərinə sadiq olmaqları ilə seçilirdi.

Şiə olmaqlarına baxmayaraq Şah İsmayıl və Qızılbaşları Əhli-Sünni Babur Şaha Teymuri taxtına sahib olmağa kömək etmişdir.

💬 «Əmir Teymurun soyundan olan Baburun indiki Hindistan ərazisində qurduğu Böyük Moğol İmperiyası ilə Səfəvi dövləti arasında ilk münasibətlər hələ Şah I İsmayıl zamanında yaranmışdı. Bu dostluq münasibətləri təsadüfi deyildi; Şah İsmayıl, Baburun Türküstan və Mavəraünnəhrdə dövlət qurmasında ona yardım etmişdi.Babur xanədanı məhz Səfəvi şahlarının köməyi ilə Əfqanıstan və Qərbi Hindistanda hakimiyyətə yiyələnmişdilər. Sonradan, 1530-cu ildə Sultan Hümayunun taxta çıxması ilə iki dövlət arasında dostluq münasibətləri bir az da möhkəmləndi.» (1)

“Qızılbaşların Səmərqəndi fəthi və Teymur taxtını Babur Şaha vermələri”

💬 «Şah İsmayıl, Babur Şahın elçilik heyətini böyük təmtəraqla qarşıladı və “Türküstanda fəth etdiyimiz bütün yerlərə sən hökmdar olacaqsan” deyərək Babura xəbər göndərdi. Babur və Səfəvi qoşunları Səmərqəndi fəth etdilər. Şəhər camaatı Babur’un gəlməsindən məmnun idi. [Səmərqənd] Xalqı şəhərin küçələrini və bazarlarını bəzəməklə məşğul idi. Beləliklə, Babur şəhərə böyük təntənə və əzəmətlə daxil oldu.» (2)

Vahid İbayev

P.S. Bu hadisələr bir daha ona dəlalət edir ki, o zamanlar dövlətlərarası münasibətlərdə məzhəb məsələsi böyük rol oynamırdı və Səfəvi xanədanını “məzhəbçilikdə”, “türk dünyasını ikiyə bölməkdə” və s. kimi cəfəng ittihamlarla yarqılamaq yersizdi.

Mənbələr:

1. Türkiyə tarixçisi Cihad Aydoğmuşoğlu «Şah Abbas ve zamanı» (səh.137)
2. Arş. Gör. Eralp Erdoğan Ankara Üniversitesi « Babür İmparatorluğu’nun Kuruluş Safhasında Şah İsmail ile Babür İttifakı»

Write A Comment