Bilindiyi kimi Nadir Şahın Əfqanıstan və Hindistan fəthləri olmuşdur ki, bu da Qızılbaşların bu iki ölkəyə yenidən köçünü başladır.

Əvvəldən Hindistan’da məskən salan Qızılbaşlar da Nadir Şaha qoşulmuş Karnal savaşında Nadir şahın qalibiyyətin əsasını təşkil etmişlər və Hindistan yenidən Qızılbaşların fəthinə şahidlik etmişdir. Nadir Şahın əlində Böyük Moğol dövlətini və 13-cü hökmdarını tarixdən silmək imkanı var idi. Böyük Moğol dövləti Türk olduğu üçün Nadir Şah yenidən Hindistan tacını 13-cü hökmdar Məhəmməd Şaha qaytardı.

J. M. Wikeley «Pəncab Müsəlmanları» kitabında Lahor da 220 Qızılbaş əhalisinin və bunların əksəriyyətinin yüksək rütbəli hərbçilər olduğunu qeyd edir.

Wikeley xüsusi olaraq, Pəncab (Lahor) Qızılbaşların Cənubi Qafqazın Şirvan bölgəsindən olduğunu və Qızılbaşlara Türk yerinə «Tatar» söyləyir. Kabil və Pəncabdakı mühüm hərbi koloniyaların Qızılbaşların tabeçiliyində olduqlarını yazır.

Wikeley-in qeyd etdiyi kimi, Hindistan’a ikinci səfərində Qızılbaşlar günümüz Pakistanın Lahor, Liallpur ( indi Feysalabad) və Pişəvər şəhərində yerləşirlər. Bu tayfalar isə Qarabağın Afşar-Cavanşir, Şirvan-Ustaclu, Şamlu və Bayat olmuşdur.


Həmçinin Qızılbaşlar Pakistanın siyasi quruluşunda da, böyük rol oynamış və bu dövlətə Prezident, Nazir və yüksək rütbəli hərbçilər bəxş etmişdirlər və etməkdədir də. Bu gələcəkdə Pakistan və Azərbaycan əlaqələrinin təməlini qoydu.

Azərbaycanın Pakistandakı sabiq səfiri (hal-hazırda İranda səfir) Əli bəy Əlizadə verdiyi müsahibədə qeyd edir ki;

«Həqiqətən də Pakistan və Azərbaycan xalqını böyük oxşarlıqlar, tellər bağlayır. Bakının mərkəzində Multan karvansarayının olması, Pakistanda Qızılbaşlar, Əfşarilər və Ordubadilər sülaləsinin olması bizim xalqımızın yaxınlığını tarix boyu göstərir».

Vahid İbayev

Write A Comment