Şeyx Heydər Səfəvinin döyüş meydanında mərhəməti..

📝📌 Nümunə 5: Azərbaycan hərbçisi, xəttatı və tarixçisi İsgəndər bəy Munşi Türkmanın (1560–1643) “Tarixi aləm arayi Şah Abbas” əsərindən:

“Döyüş əsnasında (Ağqoyunlu sərkərdəsi) Bəyçioğlu (?–1492) dəstəsi ilə o başıuca Sultanın (1460–1488) qarşısına çıxıb o sərvərin üstünə hücum etdi. Sultan Heydər də o talesizin qarşısına çıxaraq, nizəsi ilə o dəyərsizi at üstündən yerə salıb qara torpaqla bir etdi. Bəyçioğlu onu tanıyıb yalvardı ki, qanından keçsin. Sultan Heydər də kifayətlənib onu qətlə yetirmədi”.

Şərh. İsgəndər bəy Munşinin bu məlumatı Şeyx Heydərin guya dinc insanları ucdantutma qılıncdan keçirməsi barədə bütün yazılanları tamamilə puç edir. Silahlı rəqibi, özü də düşmənin ən adlı-sanlı sərkərdələrindən birini üzbəüz döyüşdə məğlub edib öldürməmiş, cəng meydanında da rəhm hissini itirməmiş mömin bir insan günahsız uşaq və qadınlara, silahsız kişilərə əl qaldırardımı? Sözsüz ki, yox…

Ardı var..

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment