Demək üzdən iraq qonşularımız müharibədən əvvəl deyirdilər ki, azərbaycanlılar alverçi xalqıdı, biz döyüşçü xalqıq filan. Guya ticarətlə məşqul olmaq ayıb bir şeydi və ermənilər qətiyyən ticarətlə məşqul olan xalq deyillər və olmayıblar.

44 günlük müharibədə biz sübut etdik ki, biz həm döyüşməyi, həm də ticarətlə məşqul olmağı yaxşı bacarırıq.

ANCAQ! Maraqlısı odur ki, tarixən məhz ermənilər ticarətdə ad çıxarmışlar və əksinə döyüşçü sözü onlara yaraşdırılmayıb.

Diqqət edin, P.Oqorodnikov “На пути в Персию и прикаспийские провинции” əsərində yazır:

“Bakı şəhərinin ticarət hissəsi ilə tanış olmaq üçün piyada getdik.

Bərbərxananın qapısında cılız fars (azərbaycanlı – red.) bərbər açıqlıqda dindar dükançının başını qırxdırdı, – girdik onun yanına.

– Bizi qırxın!
– Mümkün deyil, – yuxarı qalx erməninin yanına.
Bizdə qalxdıq.
– Həmkarınız bizi qırxmaqdan imtina etdi.
– Murdarlanmaqdan qorxur; O, mənim stəkanıma su tökəcək, amma özününkündən içməyə icazə verməyəcək, deyərək cavab verdi.

Ümumiyyətlə, burada farsların (azərbaycanlıların-red.) dükanları kasıbdır; Ermənilərdə isə əksinə. Bir dənizçinin bu çevik tacirlər haqqında sözbəsöz şərhini verirəm:

“Hara baxsan,” dedi, “hər yerdə erməni ticarət köşkünü rast gələcəksən; sən kimsəsiz adaya gəlsən, orada da o su satır. Bütün Xəzər sahili boyu administrasiya, gömrük, polis – əsasən onlardan ibarətdir.

Bizim Bakı erməniləri isə bizi sadəcə didirlər: 50% ilə kifayətlənmir, çox vaxt 100% və daha çox götürürlər; məsələn, bir pud dəmiri 8 rubla satırlar, Persiyada isə bizimkinin eynisini 3 rubla almaq olar!?”

Write A Comment