Dahi bəstəkar Üzeyir Hacıbəyovun Məhərrəmlik məclisləri haqqında mühüm və ibrətamiz sözləri:

“Çürükfikirlilər qəzetəçilərin məhərrəmlik söhbətindən acıqları tutub diyorlar ki, guya biz təziyə saxlamaq istəmirik; belə şeylər xoşumuza gəlmiyor!…

Bu qəzetəçilər haqqında böyük bir iftiradır, yalandır! Biz hürriyyət, həqq və həqqaniyyət yolunda can qurban etmiş olan övladı-peyğəmbərin təziyəsini dünya durduqca hər məhərrəm yada salıb ağlamaqla bərabər arzu edirik:

Əvvala: Bu böyük və yanıqlı təziyə – hörmət və ehtiram ilə, qaidə və nizam ilə əmələ gəlsin. Və saniyən: Bu təziyə cəmaətimizin əhval və ovzaini, ovsaf və əxlaqını tərbiyəyə salıb, pis əməllərdən kənar eləsin.”

Write A Comment