Qızılı zanbaq gülləri ilə əhatələnən qırmızı dairənin içində ərəb əlifbası ilə zərlə yazılmış “Allah” sözü vardır.

Bayrağın alt hissəsinin sol tərəfinə qızılı dördkünc çərçivə salınmışdır. Çərçivənin sol tərəfi gümbəzlə tamamlanır. Təbii elementlərdən olan gümbəzlər qırmızı rəngli ay-ulduzla (ulduz-şərti formada) bitir. Ortadan iki hissəyə bölünmüş çərçivədə ərəbcə aşağıdakılar yazılmışdır:

“Allah döyüş zamanı döyüşənləri evda oturanlardan üstün tutur. Allah onlara farq qoymadan, hamısının Allaha yaxınlaşmasından ötrü dərəcələr bəxş edər va onların günahlarını bağışlayar. Allah mərhəmətlidir, bağışlayandır”.

Bayrağın ortasında, yuxarıdan aşağıya, onu sağ və sol hissələrə ayıran moruq rangli parça tikilmişdir.

Mərkəz hissə ara xətləri ilə on qata bölünmüş və bu qatlarda qızılı saplarla ərəbcə aşağıdakı yazı beş dəfə təkrarlanmışdır.

“Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir”

Bayraq qumaşının ağaca taxılması üçün nəzərdə tutulan torbacıq qəhvəyi rəngli məhud parçadandır. Bayrağın ucluğu tökmə üsulu ilə poladdan düzəldilmiş, boru hissasi sağdan sola gedən yivlarla bəzədilmişdir.

Boru hissə ağzından alov püskürən qurd (canavar) başı ilə tamamlanmışdır. Alov dilləri birləşərək süngü formasını alır.

İstinad: Azərbaycan bayraqları. Kataloq

Write A Comment