Düşməni dosta çevirmək siyasəti..

XVI əsrdə Krım xanlığı Osmanlının vassalı olduğu üçün bu iki qardaş xalq arasında mehriban münasibətlər qurula bilməmişdir. Lakin Şah Məhəmməd Xudabəndə dövründə (1578-1587) yaxşı münasibətlərin qurulması üçün ilk addım atıldı:

“Adil Gəray xan [Məhəmməd Gəray xanın qardaşıdır və Azərbaycana edilən hücumlara başçılıq etmişdir. 1578-ci ildə qızılbaşlar tərəfindən əsir götürülmüşdür – R.Ə.], Səfəvilər üçün bir çox problem meydana gətirməsinə baxmayaraq, Şah Məhəmməd Xudabəndə bu tatar şahzadənin qəlbini qazanmağa çalışdı.

Şah bu tədbirlə tatarların İrana [Qızılbaş dövlətinə – R.Ə.] hücumlarının qabağını almaq və imkan daxilində onlarla Osmanlılara qarşı müttəfiq olmaq üçün Səfəvilərlə tatarların əlaqələrini yaxşılaşdırmağı hədəflədi. Belə ki, tatarlar Osmanlı hakimiyyətində olmaqdan razı deyildi.

İsgəndər bəy Türkman bu mövzuda bunları yazır:

“Alimlər və məsləhətçilər məmləkətin xeyrini Tatar sülaləsi ilə sülh etməkdə gördülər. Tatar qövmünə yaxşı rəftar göstərərək və onlarla yola gedildiyi təqdirdə (onlar) Rum ordusuna kömək etməkdən geri qayıdar və Şirvan vilayəti onların zərərindən qorunar.
Bu fikir bəyənildi və qəbul gördü. Adil Gəray xanı qarşıladılar və ehtiram göstərdilər. Tatar əsirlərdən bir neçə nəfəri azad etdilər və onun xidmətinə təyin etdilər”.

Oruc bəy Bayatın yazdığına görə, Şah Məhəmməd Xudabəndə hətta öz qızını Adil Gəray xanla evləndirməyi hədəflədi:
“İki xanədan arasındakı bu evliliklə iranlılar [Səfəvilər – R.Ə.] və tatarlar arasında mehriban və səmimi münasibət meydana gələr”. Bu siyasət müsbət nəticələrini sürətlə göstərmək üzrə idi.

Belə ki, Məhəmməd Gəray xan, Şah Məhəmməd Xudabəndənin Adil Gəray xana qayğısını xəbər aldıqda Adil Gəray xanın anasını üzr istəməyə, Adil Gəray xanı azadlığa buraxılmasını təmin etmə və bundan sonra Səfəvilərlə tatarlar arasında mehriban əlaqələr təsis etmək üçün xeyli hədiyyə ilə birlikdə İrana [Qızılbaş dövlətinə – R.Ə.] göndərdi”.

Ramil Əkbərov

Leila Mohebbi, “Safevî Devleti’nin Kırım Tatarları ile Münasebetleri [Farsça Kaynaklara Göre]” (Çev. Umut Kırca)

Write A Comment