Vəli bəy 1897-i ildə Borçalının Təkəli kəndində anadan olmuşdur. Atası Azərbaycanlı, anası isə Polşa Tatarı idi.
O, 3 dövlətin Rusiya, Azərbaycan və Polşanın nüfuzlu hərbi zabiti olub.

Vəli bəy Polşa silahlı qüvvələrinin Polkovniki olub. O, həmçinin “Polşa Yeraltı Dövlətinin” Ali Baş Komandanlarından biri olmuş General Komorovski’nin ən yaxın dostu idi.

Polşanın “Armiya krayova” xalq ordusunda süvari rəisi, 10-cu süvari atıcılar diviziyasının və 7ci Lüblin Ulan alayının komandiri olmuş və qısa müddətdə Ali Baş Komandanın sərəncamı ilə Polşa Ordusu süvarilərinin böyük bir hissəsini təşkil edən Masoviya Süvari Briqadasının qərargah rəisi seçilmişdir.
Vəli bəy Polşanın 3 ən yüksək hərbi ordenləri ilə təltif olunmuşdur. Bunlar “Qızıl Xaç”, “Şücaət Xaçı” və “Armia Krajowa Xaçı” ordenləridir.

Polşa respublikasının isə Ali Baş Komandanı General Sosnkovski, Vəli bəy haqqında yazır:
“O, doğma ölkəsinin taleyini unutmamaqla bərabər, Polşa üçün sadiq və ən sadiq oğul idi”. deyə qeyd edir.
Mənbə: Lublin Uhlans, səh. 441-442.

Digər xatirələrin də isə yazır ki:

“Podpolkovnik Yadigarın bərpa etdiyi 7-ci Lyüblün alayı Armia Krajowanın tarixində layiqli iz buraxıb. Mən onun igid əsgərlərini həm gizli fəaliyyət, həm də döyüşdə görmüşəm. Mən Armia Krajowanın komandanı kimi öz rəhbərliyim altında 7-ci Lüblin ulan alayının olması fürsətindən qürur duyuram”.
Polşa dövləti işğalı və azadlığı dönəmində belə Vəli bəyin xidmətlərini heçbir zaman unutmurdu. Argentinada 1971-ci ildə vəfat edərkən vəsiyyət etmişdi ki, o Polşada dəfn edilsin, Polşa höküməti vəsiyyəti yerinə yetirərək Vəli bəyi müsəlman-tatar qaydası ilə dəfn etdi.

Dəfn mərasimi Hərbi fəxri qarovulun müşayiəti ilə keçirilmişdir. Maraqlıdır ki, bu zaman Polşanın daha da adlı-sanlı xadimlərinin nəşi hələ Polşaya gətirilməmişdi, ancaq Azərbaycanlı Vəli Bəyin nəşi tez bir zamanda Varşavaya gətirilir. Bu böyük bir əhəmiyyət kəsb edir, görün Vəli bəy Polşa üçün nə qədər mühüm rol oynayıb.
Bir xüsus da qeyd edim ki, Hökumət, məzarı üzərinə Polyakca “Ostatni książę Borçalo”, yəni “Borçalının sonuncu şahzadəsi” ifadəsini yazmışdır.


2017-ci il də Varşavanın Yuzef Polinski adına parkda iki büstün açılışı oldu.
Onlardan biri, Azərbaycan ordusunun Baş qərargah rəisi olmuş millətcə Polşa Tatarı Süleyman Matsey Sulkeviç, digəri isə millətcə Azərbaycanlı olan, Polşa ordusunun polkovniki Vəli bəy Yadigarovun idi.

Büstlərin açılışında Azərbaycanın müdafiə naziri General-polkovnik Zakir Həsənov, Polşa Müdafiə nazirinin Baş katibi və şəhərin Meri iştirak etmişdir.
Allah Ulu Polkovnikin ruhunu şad etsin. O, hər zaman Azərbaycan adını uca tutmuşdur, Allah da onun adını Şəhadət məqamına layiq bilib, uca etsin in şa Allah.

İstinad: @vahidibayev

Write A Comment