Bolşeviklərin pərdəarxası planları.
M.Ə.Rəsulzadənin Moskvadakı xatirələrindən maraqlı bir qeydi var:

“Stalin bizi yemək otağında qəbul etdi. Orconikidze da orada hazır idi. Masada çoxdan görmədiyimiz və heç yerdə tapılmayan ağ çörək, nəfis Gürcüstan şərabı, Azərbaycanın qara kürüsü və sairə var idi. Həm yeyir, həm də danışırdı. Təşəbbüs Stalindən idi. Bizə xitabla:

  • Azərbaycanda azömürlü hökumət qurdunuz, lakin çox darin bir iz qoydunuz. Bu izlə hələ də mübarizədəyik. Təmsil etdiyiniz ideyanın təsirlərini tamamilə aradan qaldırmaq üçün daha uzun zaman və daha çox işləmək lazımdır. Xüsusilə ziyalılar millətçilik ruhu ilə silahlanmışdır, – dedi və sonra üzünü mənə çevirərək – Sizcə, bu millətçilik təsirinin əsas amili nədir? – deyə, soruşdu.
  • Millətçilik – başqa bir insan birliyinin öz varlığını müdafiədən başqa bir şey deyildir. Fərdi müdafiə təbii və qanuni olduğu kimi, milli kollektivin də özünü müdafiəsi təbii bir hadisədir, – dedim.

    Yox, – dedi, masalə daha basitdir. “Millətçilik” mafhumu yerli ziyalıların öz manfaatlarini qısqanmaqdan başqa bir şey deyil dir, – dedi. Bu zaman otağın birindən o birinə telefon başı na keçan Kalinin (ozamankı Sovet İttifaqı prezidenti) peyda oldu. Stalin dərhal ona:

    -Yoldaş Kalinin, Azərbaycanı Azərbaycana birləşdirmək istəmirsinizmi?!- deya xitab etdi. O isə dayanmadan əli ilə sərt bir jest edərək:
    -Yox, yox, istəmirəm, – dedi.


    Bu dialoq hər halda o vaxtlar Qafqaz Azərbaycanı kimi İran Azərbaycanının da sovetlaşdirilməsi planlarından ortada dolaşan söhbətlərin çox da səbəbsiz olmadığına bir dəlil idi.
    Bu, məsələnin nə vaxtsa Sovet yuxarı dairələrində müzakirə edildiyindən xəbər verirdi.”

M.Ə.Rəsulzadənin, “Qafqaz xatirələri” əsərindən

Write A Comment