Hökmdarimiz hansi ilklərə imza atmişdi?

Şəmsəddin Eldəniz Səlcuqlu dövləti tarixində qulam lıqdan hökmdarlığa qədər yüksəlmiş ilk atabəydir. Eldənizdən öncə Səlcuqlu tarixində kifayət qədər güclü əmir və atabəylər olub. Lakin onlardan heç biri Eldəniz qədər hüdudsuz səlahiyyətə və idarəçilik imkanlarına malik deyildilər.

Üstəlik, bildiyimiz qədəri ilə Şəmsəddin həm də sultan xanımı ilə evlənmiş nadir atabəylərdən biridir. Bu evlilik onun siyasi karyerasının təməlini təşkil edir. Belə ki, məhz Möminə xatunla ailə qurması sayəsində Eldəniz qeyri-rəsmi şəkildə də olsa, Səlcuqlu xanədanın üzvünə çevrilmişdi.
O həm Səlcuqlu şahzadələrindən (sonra isə sultanlarından birinin atalığı), həm də Səlcuqlu qadın sultanının əri idi. Digər atabəylər isə sadəcə, Səlcuqlu xanədan övladlarının tərbiyəçisi və atabəyi olmaqla kifayətləniblər.

Şəmsəddin Eldəniz Azərbaycan tarixi baxımından böyük əhəmiyyətə malik siyasi miras buraxıb. Müsəl manlığın qəbulundan sonra «Azərbaycan» adlı siyasi hüquqi təşəkkülün banisi məhz odur. Eldəniz mənbələrdə “Aran və Azərbaycan atabəyi» kimi xatırlanır. Buna səbəb özündən əvvəl Aranda Səlcuqlu siyasi iqtidarının yaranması idi. Belə ki, 1093-cü ildə mərkəzi Gəncə olan Aran Səlcuqlu məlikliyi (1093-1119) və Aran Atabəyliyi (1119- 1153) adlı iki türk siyasi-hüquqi idarəçilik sistemi mövcud idi.
Eldəniz həm Azərbaycan, həm də Aranı eyni siyasi idare sistemi içində birləşdirərək bu bölgəni bütöv inzibati vahidə çevirdi. Bu da sonrakı tarixdə Aran adının arxa plana keçməsinə və bütün bölgənin məhz Azərbaycan adı ilə qəbul edilməsinə gətirib çıxardı.

Mərkəz niyə Naxçıvana köçürülmüşdü?

Eldənizin Azərbaycandakı əsas iqamətgahı Naxçıvan idi. Bununla belə, o, Gəncə və Təbrizdən də öz iqa mətgahı kimi istifadə edirdi. Səlcuqlular dövründə böl gənin mərkəzi sayılan, şahzadə sancağı və ya Səlcuqlu məliklərinin taxt yeri kimi qəbul edilən Gəncəni sonralar Naxçıvan əvəzləməyə başladı.
Bunun isə biri hüquqi, digəri isə strateji olmaqla iki səbəbi var idi. Hüquqi baxımdan Naxçıvan Azərbaycanın inzibati sərhədləri içində yer alırdı, belə ki, Eldənizin ilk iqta sahəsi də məhz Azərbaycan olub. Strateji baxımdan isə Naxçıvan Qafqaz-İraq – Anadolu marşrutu ilə uzanan hərbi və tranzit yolların birləşdiyi yerdə idi.

Mənbə: Əkbər N.Nəcəf, “Şəmsəddin Eldəniz”

Write A Comment