«Britaniyalılar kazakları 1920-ci ilin noyabrında birbaşa nəzarətə götürdülər və çevriliş üçün zəmin hazır hala gətirildi. Dekabrda britaniyalılar İrandan çəkildiklərini və onu taleyin ümidinə buraxdıqlarını elan etdilər. Kazakların qəsdən dağıdılması və başsızlaşdırılması ilə bu geri çəkilmənin nəticəsində Tehranın özünün böyük ehtimalla bolşeviklərin əlinə keçəcəyi paytaxtda ümumi təşvişə səbəb oldu.

Hətta amerikalı nazir Kolduell geri çəkilmə elanına görə təşvişə qapılmışdı. Kolduell, İrana onun təhlükə anında Amerika yardımı üçün Əhməd şahın əlacsız çağırışlarını hökumətinə bildirmişdi. Dövlət departamentinin qeydlərində Əhməd şah, təhsilli və mədəni bir gənc (onun xələfi olacaq savadsız qaba adamın əksinə), əsl konstitusiyalı monarx və Rza xandan fərqli olaraq taxtını qorumaq üçün ölkəsini britaniyalılara satmağa razı olmayan bir vətənpərvər kimi ortaya çıxır.
Kolduellin britaniyalıların gedişi ilə İranda Amerika üçün yaranan “tarixi” fürsət və Əhməd şahla Amerikanın İrana mümkün yardımı haqqında söhbətləri barəsində uzun teleqramı maraqlı sənəddir.

Əhməd şahın britaniyalılara qarşı öncəki intriqaları, Amerikalı nazirlə yaxın əlaqəsi və Amerikan yardımından ötrü sonrakı müraciətləri onu britaniyalılar üçün “persona non grata”ya çevirmiş olmalıdır. Amerikalılar bir şey edə bilənəcən britaniyalılar zərbə vurmuşdular.»

Mohammad Gholi Majd, Great Britain & Reza Shah. The Plunder of Iran, 1921-1941. ― Gainesville: University Press of Florida, 2001, səh. 12-13.

turkmanlar.blogspot

Write A Comment