BU YAZIYA DİQQƏT YETİRİN!

Burada biz bir daha onun göstərmək istəyirik ki, avropalılar kimi ermənilər də indiki İran və Azərbaycan ərazisində hakim olan sülalənin və tayfaların Azərbaycan-türk əsilli olduğunu çox yaxşı bilirdilər. Və onlar persiyalı deyəndə elə Qacar, Əfşar, yani Qızılbaş nəzərdə tuturdular, avropalılar olduğu kimi.
Yani bir daha pers/Persiya sözləri sizi çaşdırmasın. Bu ümum işlək sözlərdi. Ancaq əslində kimin kim olduğu hamıya çox gözəl məlum idi.

Xaçatur Abovyan (1809-1848) öz “Ermənistan yaraları” adlı əsərində yazır:
“Sonra Nadir şah peyda oldu və Hindustan və Əraqstanı [İraq red.] tapdalayaraq üzünü çevirdi İrəvana. Dağlar, dərələr onun qarşısında baş əydi. Geniş şalvarlı osmanlı onun üçün nədir ki? – bir ovuc torpaq! Nadir şaha müqavimət göstərə bilərdimi?

DİQQƏT! “Az qala Murad-təpənin başında çadırı göründü, QACAR Həsən Əli xan osmanlıları Qarsa kimi qovdu.
O sərkərdə, osmanlılar qovulduqdan sonra İrəvan xanlığını aldı:
PERSİYALININ lənətlənmiş ayağı yenə ölkəmizə girdi.”

HAŞİYƏ. Öz kitabında Abovyan İrəvandakı bəzi toponimləri də necə var elə adlandırır.
Misal indi Razdan adlandırılan çayı elə Zənqi adlandırır:
Zənqi, Zənqi, mənim şirin Zənqim”.
“Bir daha gedək Zənqinin sahilinə, bir daha baxaq müqəddəs Zənqiyə”

Write A Comment