Mirzə Hüseyn Molla Yusif oğlu Qayıbzadə 1830-cu ildə Qazax qəzasının Salahlı kəndində anadan olub. Uşaq yaşlarından ata-anadan yetim qalıb və kənd mollası – əmisi İbrahim əfəndinin himayəsində böyüyüb. İlk təhsilini müdərris Məhəmməd Musazadədən alan Hüseyn dini elmlərlə yanaşı, ərəb, fars və türk dilərini, həmçinin Şərq ədəbiyyatı və tarixini də mükəmməl öyrənə bilir. O, 17 yaşında ikən oxuduğu Salahlı kənd məktəbində müəllim saxlanılır.
1857-ci il iyulun 25-də Qafqaz müftisi Məhəmməd əfəndi H. Qayıbzadənin Tiflisdəki üçillik müsəlman ruhani məktəbində işə düzəlməsinə nail olur. O, 1858-ci ilin fevralında burada şəriətdən və Şərq dillərindən dərs deməyə başlayır.

Müfti Hüseyn Qayıbzadə 1879-cu ildən 1883-cü ilə kimi Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında işləyib. Seminariyanın ilk ərəb və fars dili müəllimi O, Tiflisdə azərbaycanlı kasıblar üçün öz hesabına məktəb açır, sonralar – XX əsrin əvvəllərində isə buranı genişləndirərək altı sinifli “Müfti-İslam məktəbi”nə çevirir.

 Mirzə Hüseyn Əfəndi Qayıbzadə öz əmək haqqı hesabına neçə azərbaycanlını oxutmuşdu və onların arasında kimlər var idi?

O, məvacibinin əsas hissəsini azərbaycanlıların təhsil almasına sərf edirdi. Belə ki, 5 il ərzində o, öz hesabına 43 nəfər azərbaycanlı seminaristi oxutmuşdu. Onların arasından Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Teymurbəy Bayraməlibəyov kimi Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri çıxmışdı.

– Mirzə Hüseyn Əfəndi Qayıbzadə Seyid Əzim Şirvaniyədə kömək etmişdir?

Böyük Azərbaycan şairi Seyid Əzim Şirvani 1879-cu ilin iyul ayında “siyasi etibarsızlıq” üzündən işdən çıxarılanda Tiflisdə Mirzə Hüseyn Qayıbzadənin yanında olmuşdu. Şairin müəllimliyə qaytarılmasına şəxsən Qayıbzadə kömək etmişdi. Seyid Əzim Şirvani 1876-cı ildə Mirzə Hüseyn Əfəndi Qayıbzadəyə həsr etdiyi səksən dörd misralıq qəsidəsində onu məktəb bina edən peyğəmbər adlandırırdı:

Hüseyn namında çün məşhur idi imdada yetməklik,
Vilayət mülkünün şahı, “Vəliyyü-innama” gəldi.

Müfti Hüseyn Qayıbzadə azərbaycanlı qızların təhsil alması qayğısına da qalıb. Bu çətin işdə özü əvvəlcə şəxsi nümunə gösdərir və iki qızını – Nigar və Cövhəri oxutdurur.
O, 1883-cü ilin axırlarında müəllimlikdən azad edilərək Qafqaz müftisi təyin olunur və 1917-ci ilin martınadək bu vəzifədə çalışır. Müfti Hüseyn Qayıbzadə 1917-ci ilin martında Tiflisdə vəfat edib. Onun vəfatından sonra çar üsuli-idarəsi dağıldığı üçün Qafqaz (Zaqafqaziya) Ruhani İdarəsi də öz funksiyasını itirir. Demək olar ki, respublikamızda da 1920-ci ildən 1944-cü ilə kimi müftilik vəzifəsi olmayıb.

H.Qayıbzadə bir neçə məqalənin və kitabın müəllifi kimi də tanınır. O, müsəlman mədrəsəsində keçilmək üçün riyyaziyata dair “Məsaili-ammil-hesab” (Hesab ümumi məsələləri) və ana dilini təzə öyrənənlər üçün “Məbdəyi-təlimi-sibyan” (Yeniyetmələr üçün başlanğıc”) adlı dərs vəsaitləri də hazırlayıb. H.Qayıbzadə təkcə maarif sahəsində deyil, ədəbiyyatşünaslıq səhasində də xeyli işlər görüb. O, çoxlu atalar sözü, zərb-məsələlər, hikmətli sözlər toplayaraq 9 hissədən ibarət “Tövsiyyətnamə” kitabını yazıb. Eyni zamanda, XVIII-XIX əsrlərdə yaşamış 109 Azərbaycan şarinin əsərlərindən ibarət dörd cildilik antologiya tərtib edib.
H.Qayıbzadə qızların yeni məktəblərdə təhsil almalarına təşəbbüs göstərərək, öz arvadı Səadət xanıma Qafqaz Qadınlarının Xeyriyyə Cəmiyyətində iştirak etməyə icazə verir, qızları Nigar (sonralar general Ə.Şıxlinskinin xanımı) və Gövhər xanımı (sonralar general Usubovun xanımı) rus dilində Tiflis Nücabə Qızlar İnstitutunda oxutdurur. Nigar xanımın 1889-cu ildə, Gövhər xanım isə 1903-cü ildə həmin inistitutu qızıl medalla bitirirlər.
Qızı Nigar xanum Qayibova– Əliağa Şıxlinskiyə, o biri qızı Səadət xanım Qayıbova isə İbrahim ağa Usubova ərə vermişdir. Oğlanları: Bahadır Qayıbov, Nadir Qayıbov, Cahangir Qayıbov
General Əliağa Şıxlinskinin qaynatasıdır.

Write A Comment