Əfşarilərin yerinə taxta çıxan Qacar ​​sülaləsinin nümayəndələrinin Səfəvi varislərinə xüsusi hörmət bəslədiyini bilirdinizmi?

Bildiyiniz kimi, geniş Zaqafqaziya, İran, Əfqanıstan və digər geniş əraziləri idarə edən Səfəvilər, Əfşarilər və Qacarlar taxtda bir-birini əvəzləyən azərbaycan-türk sülalələri idilər. Üstəlik, Qacarlarin hərbi şöhrəti və yüksəlişi məhz qızılbaş tayfaları arasında olduqları dövrdə başladı. Hansıki Səfəvi dövlətinin meydana gəlməsində əsas dayaq idi.
Tarixdən bizə məlumdur ki, Qacar sarayında keçmiş Səfəvi sülaləsinin nümayəndələrinə hörmətlə yanaşılırdı. Əslində bu başa düşüləndir, çünki Qacarlar özlərini Səfəvilərin varisi hesab edirdilər.

“İranın Qacar ​​hökmdarları özlərini Səfəvilərin davamçıları hesab edirdilər və məqsədli şəkildə bu imperiyanın xarici görünüşünü bərpa etməyə çalışdılar, lakin səyləri daha az uğurlu oldu.”
(J. C. Nelson, “Herat mühasiresi, 1837-8”, s.5)

Rus şərqşünasi İ.N. Berezin «Путешествие по Северной Персии» (1852) adlı kitabında bu barədə bir qeydi var:
“Yeri gəlmişkən, bir vaxtlar məşhur Səfi [Səfəvi] sülaləsinin gənc varisi hələ də Azərbaycanda yaşayır: o, İran sarayında [Qacar] hörmətə sahibdir və Təbriz şahzadəsinin yanında oturmaq hüququna malikdir.”

Write A Comment