Vaxtı ilə Azərbaycan şəhəri olan Qarakilsə (indiki Vanadzor), 1935-ci ilə kimi belə adlanırdı.

Bu ad, şəhərdə 1828-ci ilə qədər qara daşdan hazırlanmış bir kilsənin olması ilə izah olunur.
Sonra 5 mart 1935-ci ildə Kirov öldükdən sonra şəhər Kirovakan adlandırıldı. Ermənistan müstəqillik əldə etdikdən sonra 1993-ci ildə şəhər artıq ermənicə Vanadzor adlandırıldı. Və bu, adı dəyişdirilən bir çox şəhərlərimizdən biridir. Səbəbi aydındır, Azərbaycan irisini tamamilə bu ərazilərdən silmək.
Şəhərin Qarakilsə olaq adlandırılması ilə bağlı sübutlar, müxtəlif sənədlərdə və xəritələrdə tapmaq olar.

Orconikidzenin Stalin və Çiçerinə göndərdiyi teleqramın mətnində yazılıb ki, Erivan əhalisi Sovet hakimiyyətinin elan olunmasını sevinclə qarşıladı….Biz artıq Karaklisi (Qarakilsəni) götürürük.

Bir də xəritəyə baxaq. Bİr çox yer toponimi kimi Karaklis və ya Qarakilsəni də bu xəritədə görmək olar:


Write A Comment