Ermənilər və Azərbaycanın şanlı tarixini qəbul etmək istəməyən bir çox insanlar, guya Azərbaycan bir bölgə olaraq Araz çayının şimalına heç vaxt yayılmadığını və bunun yalnız 1918-ci ildə baş verdiyini sübut etməyə çalışırlar. Əlbətdə ki bu cəfəngiyatı təkzib etmək üçün çox sayda materialımız və sübutlarımız var, yalnız sizinlə maraqlı bir məqamı paylaşmaq istəyirik

Minlərlə dəfə “ara Azərbaycan yalnız Arazın cənubundadır” demək olar, yalnız Sasanilər dövründən Dərbənd qalasındakı Azərbaycan zikrini silmək olmaz. Sizlərə Yevgeniy Paxomovun “Dərbəndin Pəhləvi yazıları” kitabından bir şəkil təqdim edirik, həmin şəkildə yalnız bir yazı göstərilib və elə bununla da biz kifayətlənəcəyik.

Əvvəlcə, Dərbəndin qısaca tarixinə toxunaq.
Bildiyiniz kimi, müasir Dərbənd şəhəri təpənin üstündə yerləşən qala kimi (Narın-qala) 438-ci ildə qurulmuşdur.
Bizim üçün maraqlı bir toponim, Qafqaz Albaniyasının bölgələrindən biri olaraq “Çol” və ya (“Çola”) adıdır.
Bu ad Dərbəndin indiki ərazisinə aiddir və erkən orta əsr müəlliflərində “Hun keçidi” adı ilə tanınır. Əslində, Qafqazda Xəzər dənizinin sahili boyunca keçmək üçün yeganə əlverişli yoldur.
“Keçid”, “yol” sözlərinə diqqət yetirməyimiz əbəs deyil. Doğrudan da, qədim toponim Çol, müasir türk dillərində çol / jol / yol sözü ilə eyni mənanı ifadə edir:
“Çol” (Sibir türk xalqlarının dillərində – Şor və Xakaslar), “jol” (Orta Asiya Türkləri arasında – Qırğızlar, Qazaxlar) və “yol” (Qədim Albaniya ərazisində bu günə qədər yaşayan Azərbaycan türklərinin dilində) ) daim tək bir şey deməkdir – “yol”.
İndi isə qayıdaq Dərbənd qalası üzərində aşkarlanan yazılara. Xatırladaq ki, yazının həkk olunduğu dövrdə Qafqaz Albaniyası Sasani dövlətinin tərkibində idi.
DİQQƏT! Dərbəndin şimal divarında Pəhləvi dilində bir neçə kitabə qorunmuşdur. Şəhərin inşası haqqında yazıda deyilir ki, “buranı və burdan yuxarının inşasına, Azərbaycan üzrə vergi toplayıcısı (həmərkar) Barzniş rəhbərlik edirdi”.

Əmir Eyvaz, İrs.az

Mənbə: Пахомов Е. А. Пехлевийские надписи Дербенда. – Баку, 1929. – (Известия Общества обследования и изучения Азербайджана; № 8, вып. 5)

Write A Comment