Qədim Qafqaz Albaniyası ilə indiki Azərbaycanın eyniliyi ilə əlagədar, Çin və Orta Asiyada maraqlı məlumatlar var.
Dünya şöhrətli yazıçı Oljas Süleymenov çox maraqlı faktlara toxunaraq demişdi ki, Çinlilər indiyədək Tyan-Şanın (Orta Asiya) ətrafında yaşayan albanları “azerbajen” deyə adlandırırlar.
Albaniya həmçinin türk etnotoponimi kimi “Azərbaycan” adı ilə yalnız yerli əhali tərəfindən deyil, həm də səyyahlar və tacirlər tərəfindən də adlandırıldı, belə ki, Oljas Süleymenovun söylədiyinə görə: “Bir dəfə 1917-ci ilə aid Rus-Çin lüğətində çinlilərin “Alban” sözünü “azebayjen” kimi tələffüz etdiyini gördüm.
Bu eynilik təsadüfdürmü?

Qədim dövrlərdən bəri, Tyan-Şan ətəklərində, çinlilərin hələ də “azebayjen” adlandırdığı,  ALBAN qazax tayfası yaşayır. Gədim dövrlərdə Albaniya adlandırılan Şimali Azərbaycan ərazisindən, eramızın əvvəllərində Böyük İpək Yolu keçirdi və albanların buradan ayrılaraq sonradan mərkəzi Asiyaya gələn həmin albanların bir hissəsidir.

Oljas Süleymenov eyni zamanda Azərbaycan türkcəsinə toxunaraq söyləmişdi ki, bu dil, Ön Asiya ərazisindəki ilk dövlət olan Şumerin rəsmi dilinə təsir edən türk ləhcəsinin bütün xüsusiyyətlərini özündə saxlayır. Adi azərbaycanlıların nitqini dinləyərkən, Dəclə və Fərat vadilərində 6000 il əvvəl səslənən nitqin elementlərini duyuram … ”

Mənbə: https://azerbaijan-armenianquestion.blogspot.com/2015/12/117.html

Write A Comment