Təsəvvür edin ki, düz 100 il bundan əvvəl 1920-ci ildə ABŞ-ın mərkəzi Kanzas ştatında nəşr olunan bir qəzetdə Naxçıvandakı 3 müsəlman-tatar kəndinin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı xəbər dərc olunub. Özü də, bu xəbər təkcə The Wichita Beacon qəzetində yox, Kanzasın ətrafında yerləşən ştatların 50-dən çox qəzetlərində, hətta Kaliforniya ştatında belə yayımlanıb.

Paylaşacağım fotonu 10-cu sinif Azərbaycan tarixi kitabında istifadə etmək olar və dərsliyin 1920-ci illərdəki qətliamlar mövzularında göstərmək olar ki, ermənilərin törətdiyi qətliamlar haqqında təkcə biz yox, eyni zamanda ABŞ-ın ən lazımsız ştatları belə xəbər hazırlayıb.

Ermənilərin qisası (cavab tədbiri) başlıqlı xəbərin alt başlığında

“Kiçik Asiyada üç müsəlman kəndi məhv edildi” yazılıb.

Xəbərdə deyilir:

“Amerikalı arbitrların gedişindən bəri Trans-Qafqazdakı Naxçıvanın mübahisəsiz qubernatoru kimi görünən Djem Djemlinski, London Tayms qəzetinə göndərdiyi yazıda 18 mart tarixində 10.000 erməni silahlısının Naxçıvan-Ordubad istiqamətində hücum etdiyini bildirib. Kəndlərə üç tərəfdən hücum edilib və bir necə müsəlman kəndi dağıdılıb, yerli əhali qətlə yetirilib. Qətliam 24 mart tarixinə qədər, yəni ermənilərin hücumları dayandırdığı günə qədər davam edib.”

Xəbərin axırında göstərilir ki, ermənilərin Naxçıvan-Ordubad istiqamətindəki kəndlərdə qətliamlar törətməsinin səbəbi Agulis bölgəsindəki erməni kəndlərinə edilmiş hücumlara cavab xarakteri daşımaqdadır.

The Wichita Beacon qəzeti. 5 aprel, 1920. Bazar ertəsi – səhifə 1. Wichita şəhəri, Kanzas ştatı.
© Nihat Valizada

Write A Comment