İlk olaraq ondan başlayaq ki, Nadir şahın Əfqanıstan, müasir Pakistan və Hindistan ərazilərinə yürüşü 1737-1739-cü illərdə təşkil olunmuşdu. Öz hakimiyyətinə dayaq məqsədi ilə qizilbaş ordusunun bir hissəsini Əfqanistanda saxladı. Şahın əmri ilə Cənubi Azərbaycan, Naxçıvan, Qarabağ və d. ərazilərdən də köçlər baş tutdu. Hal-hazirda Kabil yaxınlığındakı Vəzirabad kəndlərində yaşayırlar.

Bu günləri qızılbaş türk tayfalarının Azərbaycanla olan bağlılığı və bu ölkədə oynadığı rolun təzahürü olaraq Qazni vilayətindəki “Qarabağ” adli rayonunun olmasını göstərmək olar.


Qızılbaşlar haqqında aşağidaki mənbələrdə bu cür qeyd olunur:

“Qızılbaş”– səfəvi ordusunun əsgərlərinə verilən addır. Bu şiə müstəmləkəçiləri ilk dəfə Əfqanistanda Nadir şahin ordusu ilə gəldilər, daha sonra isə Dürrani sülaləsindən olan şahlarin şəxsi mühafizəçisi qismində xidmət edirdilər. 1830-cu ilə qədər bu tayfa özlərinə aid ayri bir icma formalaşdirdilar, Kabil şəhərində özlərinə aid məhəllələri ilə – Çindavul və Muradxani, və öz liderləri ilə.
Onların sadiqliyi əfqan taxtina çıxmaq istəyən hər hansı bir potensial iddiaçi tərəfindən satin alınmalı idi.
 (William Dalrymple, Return Of A King)


19-cu əsrə aid ensiklopediyada – «The cyclopaedia of India and of Eastern and Southern Asia, commercial, industrial, and scientific; products of the mineral, vegetable, and animal kingdoms, useful arts and manufactures», qizilbaşlar haqqinda belə yazilir:
Qizilbaşlar 1 və ya 7-dən çox türk tayfasinin birləşməsindən yaranan, Səfəvi sülaləsinin qurucusu Şah İsmayilin partiyasini təşkil edən tayfa birliyidi. Onlari başqa tayfalardan fərqləndirmək üçün onlara qirmizi baş örtüyü verildi, onagörə onlar “qizilbaş” deyə adlandirilmaga başladilar.
Əfqanistanda qizilbaşlar Nadir şahin bu ölkənin ərazisini tabe etdikdən sonra məskunlaşdirildi.Kabil və Heratda əsasən Cavanşir qəbiləsinin nümayəndələri yaşayir. Kabil hökümdarlarina şəxsi mühafizəçi və s. qismində xidmət göstərirlər və hələ də öz dillərini qoruyub saxlayırlar.

Nadir şah Dehli şəhərinə yürüş edərkən özü ilə 12.000 qizilbaş türkünü götürdü. Şəhəri tərk edərkən 300 nəfəri orada saxladi, hansilar ki digər əsgərlər ilə birlikdə onun qizilini götürüb arxasinca gəlməli idilər. Onlar Kabil şəhərini keçdilər, lakin Qəndəhər şəhərinə 2 günlük yürüşdən sonra Nadir şahin ölüm xəbəri gəldi. Bir neçə gündən sonra 500-600 dürraninin (böyük puştun tayfa birliyi) müşayiəti ilə Nadirin leytenanti Əhməd (Gələcək Əfqanistan şahi) gəldi. O xəzinəni alaraq qizilbaşlari özünə xidmətə götürdü.
Gələcək şahin qizilbaşlara münasibəti, digərlərinin də Təbriz, Məşhəd, Kirman və Şiraz ətrafindan ora gəlməsini təşfiq elədi.
Ardi var…..

Write A Comment