
– “Bu ölkəni barbar adlandırmaq insafsızlıqdır”
XVII əsrin 60-cı illərində, II Şah Abbasın dönəmində, Səfəvilər dövlətində uzun müddət yaşamış fransız səyyah J.Şarden müşahidələri əsasında yazırdı:
“Həm şəhərlərdə, həm də kəndlərdə əhali yaxşı yeyir, yaxşı geyinir, hər cür həyat şəraitinə malikdir, hərçənd onlar bizim ölkədəki (yəni Fransadakı) rəiyyətin yarısı qədər də işləmirlər. Ən kasıb qadınların əl-ayağında gümüş zinət əşyaları var, bəzilərinin isə boynundan iri qızıl sikkələr asılıb. Mənim fikrimcə, buranın hökumətini totalitar və mədəniyyətdən uzaq bir hökumət kimi tanıtmaq insafdan və həqiqətdən uzaq olar”.
📚İstinad: “Qızılbaş Ensiklopediyası”