
AXC dövründə xüsusi xidmət orqanının rəisi vəzifəsində çalışmış Nağı bəy Şeyxzamanlı xatirələrində yazır ki, 28 may 1919-cu ildə, hərbi nazir Səməd bəy Mehmandarov bir qrup zabiti təltif etmək istəyib.
Bu məqsədlə Gəncə şəhərindəki korpus komandanlığına teleqram göndərilib və təltif olunmağa layiq zabitlərin siyahısı istənilib.
Bir neçə gün sonra teleqrama cavab gəlir. Nazir siyahını gözdən keçirdikdə orada yüzbaşının, yəni kapitan Süleyman Mehmandarlının adını görüb soruşur: “Bu mənim qardaşım oğlu Süleymandırmı?”Müsbət cavab general Mehmandarovu qane etmir. Güman ki, Səməd bəy bunun nepotizm kimi qəbul olunmasından ehtiyatlanır.
Belə olduqda siyahı yenidən yoxlanılır. Qardaşı oğlu Süleymanın adı siyahıdan çıxarılır. Yeni siyahı tərtib olunur və təltiflər gerçəkləşir.
📚Ayaz İlyasov, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt”