
1918-ci ilin iyulunda Osmanlı sultaru V Mehmed vəfat edincə hakimiyyətə VI Mehmed gəldi. O, sonun cu Osmanlı sultanı oldu. Sentyabrın 6-da sultanın taxta çıxması ilə əlaqədar tədbir keçirildi.
Ənvər paşa Azərbaycan nümayəndələrini qarşılayıb onları sultana təqdim etdi. AXC adından VI Mehmedə təbrikləri Rəsulzadə çatdırdı. Sultan isə bunun müqabilində bildirdi:
Əsarətdən xilas olmuş türk və müsəlman hökumətinin istiqlaliyyət və hürriyyətini təmin etmək mənim hökumətimin ən müqəddəs vəzifəsini təşkil edir. Azərbaycanın həyat və qüvvət kəsb edərək bizimlə birlikdə ümumi düşmənlərimizə qalib gələcəyinə ümid bəsləyirəm. Salamımın bütün azərbaycanlı qardaşlara çatmasını arzulayıram”.
Qəbul bitəndə Rəsulzadə maraqlı bir nüansın şahidi olmuşdu. O, sultanın Ənvər paşaya dediyi sözləri eşit-mişdi: “Bu dəqiqələr ömrümün ən xoşbəxt dəqiqələridir”
Comments are closed.