Azərbaycan türklərinin tayfalarından biri olan Qaradağlılar, bölgədəki digər tayfaların əksəriyyəti kimi Səfəvi imperiyasındakı mühüm tayfalardan biri olmuşdurlar.

İsgəndər bəy Münşinin verdiyi məlumatlara əsasən, Qaradağlı tayfası yeddi əsas qızılbaş tayfasından bilavasitə sonra səkkizinci yeri tuturdu.

Həmin tayfanın məşhur nümayəndələrindən biri sərkərdə Ənsar xəlifə Qaradağlının adını çəkmək olar, hansı ki hətta Şirvan bəylərbəyi olmuşdu.

I Şah İsmayıldan başlayaraq Qaradağ vilayətinin idarəsinə nail ola bilmişdilər. XVI əsrdən XIX əsrin əvvəllərinədək Qaradağ vilayətinin idarəsi irsi olaraq müəyyən nəsil üzrə olmuşdu.

İndiki İranın şimalında, Azərbaycanla sərhəddə Nadir şah imperiyasının dağılması ilə eyni adlı xanlıq yaranmışdı.

Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.

Qaradağlıların yaşam tərzləri Azərbaycan türklərinin bir digər tayfalarından olan şahsevənlərlə çox oxşarlıq təşkil etməkdədir. Qaradağda danışılan Azərbaycan türkcəsi ən saf türkcə hesab edilməkdədir.

Write A Comment