Azərbaycanlılar və ermənilər arasındakı fundamental fərqlər haqqında qeydlər

Ermənilər Azərbaycana qarşı terror təşkilatı yaradıb qisas alacaqlarını elan edib. Hətta terror təşkilatının təlimlərinin videosu yayıldı, hərbi təlim keçirlər, üstəlik reklam üçün modelidə cəlb ediblər.

Bu modelin reklama çəkilməyə davam etməsi, şirkətin müqaviləni saxlaması ayrı bir mövzudur. Bir neçə əvvəl bir hind aktrisası İsraili tənqid etdiyi üçün şirkət onunla reklam müqaviləsinə xitam vermişdi. Amma nədənsə Azərbaycana qarşı terror edəcəyini bəyan edən və silahlı təlimlərə qoşulan erməni model haqda hələlik dünyada bir tık yoxdur.

İkinci Qarabağ Müharibəsindən sonra yazmışdım, ermənilər icma xalqıdır , Azərbaycanlılar isə dovlətçi xalqdır. Ermənilər iki dəfə güclü olub Azərbaycan torpaqlarını işğal edib. Birincisi Çar Rusiyası dağilanda, ikincisi SSRİ süqut edəndə. Hər ikisində Azərbaycan öz dövlətini qura bilməmişdi, quranda isə ordusunu yaradib bitirə bilməmişdi. Hər ikisində Azərbaycan ordusunu və dövlətini qurandan sonra erməniləri məğlub edib.

Hər iki tarixi periodda ermənilər daha hazırlıqlı olublar, çünki onlar icma kimi yaşayıblar, dövlətləri olmasa da təşkilatları və kilsə onları birləşdirib, yaşadıqları dövlətin daxilində icma kimi kompakt və güclü edib. Azərbaycan xalqı isə dovlətçi xalqdır, bu işləri rəsmiyyət, yəni dövlət əli ilə edir.

Fikir verin, hər dəfə ermənilər məğlub olan kimi terror təşkilatı yaradıb qisas alacaqlarını elan etdilər. Halbuki bunun üçün dövlətləri var. Amma Azərbaycan xalqı nə 100 il əvvəl, nə də 30 il əvvəl döyüşü uduzanda belə partizan hərəkatı və ya terror təşkilatı yaratmağı düşünmədi. Çünki bunun üçün dövlət var, azərbaycanlı şüurunda muahribəni hər zaman tarix boyu dövlət edib, icma və ya ayrıca qrup deyil.

Kənan Rövşənoğlu

Write A Comment