“Tevfik Zarakol tərəfindən Qızılbaşlara hörmət və tərif dolu məqalə dərc olundu. Gök Börü yazarları, ümumi millətçilərin ardınca Qızılbaşların Türk olduqlarını və öz içlərində Türklüklərini qoruduqlarını qeyd edirlər [Fransız diplomat] Qobinonun irqi yevgenika tezisinə görə, Ələvilər saf Türkdürlər, çünki onlar yalnız öz irqindən olanlarla evlənərək irqin saflığını qoruyub saxlayırlar.

Bu səbəbdən irqi saflığını qoruyub saxlayan Türklərə gəlincə, Ələvilər Ələvi olmayanlarla evlənmədikləri üçün türkdürlər. Ələvilər Türk Ələviləri ilə evlənərək irqi saflığını qoruyub saxlayan bir qrup olaraq biosiyasətin mühüm elementini təşkil edirdilər və bu dövrdə biosiyasət nümayəndələrinin təşkilatlandığı jurnallarda bu ideyanı dəstəkləyən çoxlu məqalələr dərc olundu.” ¹

«Qızılbaşlıq, xarici ölkələrə girən türk kütlələrinin sağdan və soldan gələn təsirlərə qarşı kimliyini qorumaq hərəkatıdır. Qızılbaşlar qeyri-qızılbaşdan qız almaz, Qızılbaş olmayana qız verməzlər. Lakin onlar başqa kənddəki Qızılbaşdan evlənirlər. Bu adət sayəsində onlar (türk) qanının saflığını qoruya bilmişlər. Bir çox yerdə rastlaşdığımız Türk fizioqnomiyası və quruluşu ilə mükəmməl uyğunlaşır.

Qızılbaşların mədəniyyət səviyyəsi digər kəndlərə nisbətən yüksəkdir. Sirr saxlamaq ən vacib prinsipdir. Başlarını verərlər, amma sirri yox. Hər Qızılbaş bir-birini qoruyur, görsə ki, kənara pislik edir, deməz. Onlar öz qanları, mədəniyyətləri və bir çox adətləri ilə keçmişlərini daha yaxşı qoruya biliblər.»²

Mənbələr:

1. Yar.Doç.Dr İlker Aktükün “Soytürkçülerden Milliyetçi Muhafazakarlığa Türkiye’de Milliyetçi Siyasetlerin Aleviliğe Bakışı (1930-1980)”
2. Doktor Tevfik Zarakol, “Kızılbaşlar Hakkında Bir Müşahade”, Gökbörü, 22 Nisan 1943, s.11.

Vahid İbayev

Write A Comment