11-ci əsrdə qələmə alınmış “Kutatqu Bilig” əsəri, türk tarixi və mədəniyyətinin öyrənilməsi baxımından ən dəyərli mənbələrdən biri hesab olunur. İlk türk siyasətnamə tipli əsərdir. Sözün mənası “Xoşbəxtlik verən bilgi”dir.

Müəllifi Yusif Xas Hacib Balasaqunlu indiki, Qırğızıstan ərazisində Qaraxanlı dövlətində yaşamışdır. Bu əsərdə türklərin tarixi, mədəniyyəti, siyasət düşüncəsi haqqında qiymətli bilgilər vardır.

İlk İslam-türk şah əsərlərindən olan bu kitabda Yusif Xas Hacib türklər arasında Əhli-Beyt(ə) olan sevgi və hörməti belə ifadə edir:

“Xidmətçilərin və bəyin yaxınlarından başqa
Münasibətdə olacağın adamlar da var.
Bunlardan biri peyğəmbərin nəslidir.
Onlara hörmət etsən, dövlət və səadətə qovuşarsan.
Bunları çox və ürəkdən sev!
Onlara yaxşı bax və kömək elə.
Onlar əhli-beytdir, Peyğəmbərin qohum-qardaşıdırlar.
Ey qardaş, sən də onları Peyğəmbərin haqqı üçün sev!”

Yusif Xas Hacib Balasaqunlu, Kutadqu Bilig, s.292

Kənan Rövşənoğlu

Write A Comment