Hay-ermənilər iddia edirlər ki, “Türkmənçay müqaviləsindən sonra biz İrəvana, Naxçıvana, Qarabağa yeni köçmədik, sadəcə olaraq Şah Abbasın dövründə bizi burdan sürgün etmişdilər deyə Çar Rusiyası bizi geri qaytardı”. Ancaq hər şey dildə bu qədər asan olsaydı..

Rus yazıçısı S.N.Qlinka “Описание переселения армян Аддербиджанских в пределы России. М., 1831” adlı əsərində, ermənilərin Qacar dövlətindən Qarabağa doğru hərəkəti barədə maraqlı məlumatlar verir.

Ermənilərinin Rusiyanın yeni ələ keçirdiyi müsəlman torpaqlarına köçürülməsinin siyasi mahiyyəti, fəal köçürmə təşkilatçısı Q.Lazarevin onlara müraciətində aydın görünür:

“İrəvanda, Naxçıvanda və Qarabağda harda istəsəniz torpaq sahəsi əldə edəcəksiniz və altı il ərzində bütün vergilərdən azadsınız. Orada özünüz üçün xristianların yaşadığı YENİ VƏTƏNİNİZİ tapacaqsınız..

Türkmənçaya bitişik müxtəlif kəndlərdən olan ermənilər Qarabağa köçdülər”.

Onun məlumatlarına görə, “üç ay yarım ərzində 8000-dən çox ailə Araz çayını keçdi”. Beləliklə, 1832-ci ildə Qarabağ əhalisinin 31,6% -i ermənilərə, əksəriyyəti müsəlman olanlar isə 68,4% -ə bərabər idi.

P.S. Gördüyünüz kimi onlara YENİ VƏTƏN söz verilmişdi, “qayıtmaq”, “geriyə dönüş” yox.

Şah Abbas məsələsinə gəlincə isə o zamanlar “Böyük sürgün” planına uyğun olaraq xristian, müsəlman fərq etmir hamını köçürtmüşdülər. Onların da çoxu türk tayfaları idilər. Erməni əhalisi ilə problem yox idi ki, sırf onları köçürtsünlər.

Write A Comment