Böyük Şah Abbasın İspaniyadaki elçisi Oruc bəy Bayat öz kitabında Türkmanların Vətəni haqqında maraqlı faktlar qeyd edir:

«Daha öncə də dediyimiz kimi, Türkmanların [Azərbaycan türkləri-red.] vətəni və ya yurdu İran əyalətlərinin tərkibində deyil. Üstəlik onların adları İran şəhərlərinin heç biri ilə əlaqələndirilmir. Bu səbəbdəndir ki, İranda əyalətlər izah edilərkən onların (Türkmanların) adlarından əyalət kimi bəhs edilməmişdir.

Ancaq Türkmanlar İran ölkəsindəki digər millətlər arasında çox böyük əhəmiyyətli yerə sahibdir. Çünki onlar həqiqətən igid və sayca çoxdurlar. Buna görə də onların zahiri görünüşünə və fikirlərinə böyük əhəmiyyət verilir. Bilmək lazımdır ki, Türkmanların əksəriyyəti Təbriz ətrafında yaşayır.»

Mənbə: ‹İlişkiler Bir Şii / Katolik Oruç Bey Bayat – İranlı Don Juan› Sayfa 160, 161 (Tercüme ve Notlar Tufan Gündüz, Yeditepe Yayınevi)

Vahid İbayev

Write A Comment