1. Bilirdinizmi ki, Şah İsmayıl Səfəvi üçün ən əziz məkan Azərbaycan idi. “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı?” ifadəsi məhz bizim Şaha məxsusdur. Orta əsrlərdə Azərbaycanın ən böyük şəhəri olmuş Təbrizi məhz Şah İsmayıl Səfəvi öz dövlətinin paytaxtı elan etmişdi.

2. Bilirdinizmi ki, müqəddəs Səfəvi Şeyxlərinin və Şahlarının demək olar ki, hamısının mübarək türbələri məhz Azərbaycandadır.

3. Bilirdinizmi ki, təkcə Şah İsmayıl Səfəvi deyil, şairlik qabiliyyətinə malik olmuş digər Səfəvi hökmdarları da Azərbaycan dilində gözəl şeirlər yazmışlar.

4. Bilirdinizmi ki, Avropadan gəlmiş diplomat və səyyahlar türk dilində müraciət etdikdə Səfəvi şahları, xüsusilə Şah I Abbas Səfəvi bunu razılıq və sevinc hissləri ilə qarşılamışlar.

5. Bilirdinizmi ki, müəyyən səbəblərə görə Şah I Abbas Səfəvinin paytaxtı İsfahan şəhərinə köçürməsi Səfəvilər dövlətini qətiyyən fars milli dövlətinə çevirməmişdi. Həmin paytaxt məsələsinə görə Səfəvilər dövlətini fars milli dövləti hesab edənlər görəsən Səlcuqilərə də eyni məntiqlə yanaşırlarmı? Axı Səlcuqilər dövlətinin də paytaxtı məhz İsfahan şəhəri olmuşdur. Amma onu da vurğulayaq ki, İsfahan heç də Fars vilayətinin deyil, qədim zamanlardan həm də türk yurdu sayılan, türklərlə farsların birgə yaşadıqları tarixi Xorasan vilayətinin əsas şəhərlərindən biri idi.

6. Bilirdinizmi ki, Səfəvi şahlarının özlərini fars, idarə etdikləri ölkəni isə Persiya adlandırdıqlarını göstərən bircə dənə fakt yoxdur.

7. Bilirdinizmi ki, Səfəvilər öz dövrlərinin ən qüdrətli xristian imperiyalarını – İspaniyanı və Rusiyanı dəfələrlə məğlub etmişdilər.

8. Bilirdinizmi ki, Nadir şah Əfşar Hindistanın moğol hökmdarından diplomatik danışıqların yalnız türkman, yəni Azərbaycan dilində aparılmasını tələb etmişdi.

9. Bilirdinizmi ki, 1803-cü ildən 1828-ci ilədək Rusiya imperiyasının işğalçı qoşunlarına qarşı mübarizəni Qacarlar ancaq Azərbaycanın hesabına və yalnız Azərbaycandan yığılmış ordunun gücü ilə aparmışdılar.

10. Bilirdinizmi ki, Türkmənçay müqaviləsi bağlandıqdan sonra Qacarlar dövlətinin şahzadəsi Abbas Mirzə kədər və qüssədən göz yaşlarını saxlaya bilməmişdi.

11. Bilirdinizmi ki, 1649-cu ildən 1921-ci ilədək, yəni 272 il ərzində qızılbaşlar Rusiya imperiyası ilə ən azı 7, İspaniya və Böyük Britaniya imperiyalarının hər biri ilə 1 müharibə aparmışdılar.

12. Bilirdinizmi ki, Qacar hökmdarlarının əksəriyyəti Şah olanadək fars dilini bilmirdi.

P.S. Onu da bilin ki, hələ bilməli olduğumuz çoxlu məsələ var..

Araz Şəhrili

Write A Comment