Bir neçə il bundan əvvəl ermənilər İrəvan şəhərinin tarixi hissəsinin qalıqlarını axtarmaq niyyətinə düşdülər (halbuki elə özləri dağıtmışdılar) və Respublika meydanında qazıntılar apardılar.

Və onlar həqiqətən də nəsə tapdılar. Ancaq nə tapdılarsa, “mədəni dəyərinin olmaması” səbəbi ilə dərhal qazıntı sahəsinin üzərinə asfalt döşəyib, qazıntıları dayandırdılar.

“Erməni Yerevanına” aid nəsə aşkar etmək istədilər, ancaq əvəzində ZAL XAN HAMAMI’nın qalıqları üzə çıxdı.

Nazim Mustafanın yazdığına görə, hazırda İrəvanın mərkəzindəki Respublika meydanının yerləşdiyi ərazidə vaxtilə muğamat məclislərinin keçirilməsi üçün xüsusi otaq və yeraltı çayxanası olan – Zal xan hamam kompleksi mövcud idi.

Xəritədə mədəni irsimizə aid həmin abidənin aşkarlandığı yer göstərilir.

Write A Comment