Əl-İstəxri “Kitab-əl-məsalik-vəl-məmalik” əsərində yazır:

“Xürrəmilərin yaşadıqları dağlıq hissədə çox çətin, keçilməz dağlar var. Babək oralı idi. Kəndlərində məscid var, onlar Quran oxuyurlar. Lakin dediklərinə görə, “ibahiyyədən” başqa dinləri yoxdur”.

Bu məlumatları Əbdulqadir əl-Bağdadi də təsdiq edir:

“Xürrəmilərin yaşadıqları kənd, qəsəbə və nahiyələrdə MƏSCİDLƏR var idi və orada AZAN verirdilər.. uşaqlarına Qurani-Kərimi öyrətmişlər”.

Beləliklə, Babəkin və ümumən xürrəmilərin kafir olması məsələsi puç olur.

Digər ittihamlar sadəcə olaraq Babəki diskreditasiya etməyə və Xəlifəyə qarşı vuruşduğu üçün atılan töhmətlərdir və bu da təbiidir, tərifləyəsi dediyldilər ki.

Bütün bu dediklərimizi möhkəmləndirmək üçün daha bir dəlil gətirək.

⭕ “Hüdud-əl-aləm” əsərinin müəllifi Azərbaycan şəhərləri haqqında məlumat verir və orada Varsan şəhəri ilə bağlı belə bir məlumat keçir:

“… Varsan olduqca bərəkətli bir şəhərdir ki, burada gəbə və NAMAZ XALÇALARI toxunur”.

Qeyd: Varsan şəh.xarabalıqları Beyləqan rayonu Daşburun ərazisindədir, yəni Araz çayının o tayında, bu tayında isə Bəzzeyn yerləşirdi.

Düşünürəm, məsələ aydındır – Kafir xürrəmilər olan bölgədə namaz xalçaları toxunurdu.

Mübariz Mehrəli, “Babək müsəlman olub” kitabından

Write A Comment