Erməni işğalından azad olan bir Xalq qəhrəmanının qəbri

Qubadlı rayonunun Aşağı Mollu kəndi Həkəri çayının sahilindədir.

Kəndi XVI-XVII əsrlərdə Cənubi Azərbaycandakı Mollu kəndindən gələn ailələr salıblar. “Mollu” komponentinin düzgün elmi açımı hələ ki, tam müəyyənləşməyib. XVIII əsrin sonlarında Aşağı Mollu kəndindən ayrılan ailələr Qubadlı rayonu ərazisində Yuxarı Mollu adlanan kənd salmışlar.

Mol sözü türk dillərində bir çox mənalarla yanaşı “torpaq bənd; qumdaşı” mənasını da ifadə edir. Kəndin çay sahilində yerləşməsi mollu sözünün məhz bu mənası ilə bağlılığından xəbər verir.

Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda “Qaçaq Hərəkatı”nın fəal iştirakçısı Qaçaq Nəbi (1854-1896) burada anadan olmuşdu. Onun həyat yoldaşı və silahdaşı Həcərin (1860-1914) qəbri də məhz bu kənddədir.

Aşağı Mollu, 1993-ci ildə Erməni Silahlı Qüvvələri tərəfindən işğal edilib və 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Write A Comment