Bu, Qarabağda toxunmuş və xalq arasında “Vərni” adlanan əjdaha motivli xalçanın nadir nümunəsidir.
Arxeoloji tədqiqatların nəticələri göstərir ki, bir çox xalqlarda olduğu kimi, əjdaha V-VI əsrlərdə Avropanı fəth etmiş türk xaqanlarının əsas totemlərindən biri olmuşdur.

Erkən orta əsrlərdə əjdaha motivi Azərbaycan mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə də yayılmışdı.
Bu simvolu Qızılbaş bayrağında da görə bilərik.
Belə ki, o dövrün salnaməçisi xəbər verir ki, Bahadur ləqəbi ilə tanınan Əzizağa adlı döyüşçü məğlub olan Şeybani xanın başını, üzərində əjdaha rəsmi olan bayrağın kölgəsində duran Şah İsmayılın atının ayağının altına atmışdı.

Mənbə: Bir qrup gürcü tarixçisi və sənətşünası tərəfindən tərtib edilmiş kitab-albom “Qarabağ xanlığı – tarixi və mədəni kimliyi”, 2022.
Nəşr, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın tarixi irsinin təbliği çərçivəsində həyata keçirilibdir.

Write A Comment