Piyalələrin iç hissəsində rəqəmlər və hərflər həkk olunub. Yuxarı kənarında Qurani-Kərimin “Ayətəl-Kürsi” surəsindən yazılar “Yasin” surəsinin ilk ayələrini görürük.

Ortada böyük hərflərlə: “Allah, Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn” yazılıb.
Qabların üzərində bu cür yazılar nəzərdən, bəd duadan qorunmaq üçün edilirdi. Eyni zamanda, duanın möcüzəvi gücünün suya və onu içənə lütf, nemət verdiyinə dair bir inanc da var idi.

Mənbə: Bir qrup gürcü tarixçisi və sənətşünası tərəfindən tərtib edilmiş kitab-albom “Qarabağ xanlığı – tarixi və mədəni kimliyi”, 2022.
Nəşr, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın tarixi irsinin təbliği çərçivəsində həyata keçirilibdir.

Write A Comment