Xalçanın əsas dekorasiyası xalçaçılar arasında “kehna–naxış” adını almış qarmaqvari elementlərdən ibarətdir.
Azərbaycan xalçaçılıq sənətində geniş yayılmış və tarixi qədimlərə gedib çıxan bu elementlərə Orta Asiyada və Əfqanıstanda toxunmuş xalçalarda da rast gəlmək mümkündür.

Azərbaycanda bu cür xalçalar Gəncə-Qarabağ bölgəsində toxunaraq, regiondan kənarda yüksək qiymətləndirilib satılırdı.
Belə ki, holland rəssamı Hans Memlinq (1438 – 1494)
“Madonna körpəsiylə” əsərində bu məktəbin xalçasının fraqmentindən bəzək elementi kimi istifadə etmişdir.


Mənbə: bir qrup gürcü müəllifi tərəfindən ərsəyə gələn kitab-albom “Qarabağ xanlığı – tarixi və mədəni kimliyi”, 2022.
Nəşr, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın tarixi irsinin təbliği çərçivəsində həyata keçirilibdir.

Write A Comment