Kərbəla faciəsindən sonra klassik Azərbaycan ədəbiyyatında yaranmış növhə, mərsiyə kimi şe’r növləri bu sahələrin unudulmaz, böyük sənətkarlarının əsərlərini yanğı ilə, hüznlə söyləyən dərvişləri, mərsiyəxanları, rövzəxanları unutmaqmı olar?
Hələ bu günədək nə dərvişlərimiz, mərsiyəxanlarımız, nə də rövzəxanlarımız haqqında bir kitab, sanballı mənbə də yoxdur. Və buna görə də kitabın müəllifi qəlbinin səsinə cavab verib, bu sahədə boşluğu doldurmaq üçün kitab yazıb, hazırlayıb və öz vəsaiti hesabına nəşr etdirib.
İnanırıq ki, qədirbilən oxucularımız, uləma və ruhanilərimizin pak ruhlarını şad edəcək, bu kitabı rəğbətlə qarşılayacaq, müəllifinə, naşirinə minnətdarlıqlarını bildirəcəklər.

Nəşriyyat eyni zamanda inanır ki, keçən əsrlərdən bu günümüzədək hörmətlə qarşılanan hər bir dərvişin, mərsiyəxanın və rövzəxanın haqqında çap etdiyi bu kitab daha neçə-neçə qərinələr, əsrlər yaşayacaq.


Kitabı yükləmək üçün keçid: Azərbaycan dərvişləri və rövzəxanları.pdf

Write A Comment