Azərbaycan tarixinin 13+1 mühüm hadisəsi – professor Kərim Şükürovun siyahısı

“Azərbaycanın cənubu və şimalı vahid dinə gəldi”

2. İslamın qəbulu

İslam dininin yaranması dünya tarixinin ən önəmli hadisələrindən olub, böyük dəyişikliklərin əsasını qoydu. Azərbaycan da İslamı qəbul etdiyinə görə həm dünyada baş verən dəyişikliyin tərkib hissəsi oldu, həm də öz həyatı köklü dəyişikliyə uğradı. Azərbaycan tarixi bəzən İslama qədərki və sonrakı dövr kimi də ayrılır ki, bu da tamamilə doğrudur. İslamın əsaslarının tətbiqi ilə yaranan dəyişikliklər dünya ilə eyni səciyyə daşıyırdı. Bununla yanaşı, İslamın qəbulu ilə Azərbaycan tarixində ona məxsus dəyişikliklər də baş verdi.

– Ölkədə dini separatizm (bütpərəstlik, atəşpərəstlik, xristianlıq) zəiflədi. Azərbaycanın cənubu və şimalı vahid dinə gəldi.

– Azərbaycan geniş bir coğrafiyanı əhatə edən müsəlman dünyasına daxil oldu və bu coğrafiyanın xristian aləmi ilə hüdudlarında yerləşdiyinə görə bir tərəfdən İslamın yayılmasında, digər tərəfdən isə onun müdafiəsində əhəmiyyətli rol oynadı. Rusiya imperiyasının işğalından sonra Azərbaycanın şimalında pravoslavlığın bərpası siyasəti uğur qazana bilmədi.

– Ərəb xilafətinin parçalanmasından sonra meydana gələn ilk Azərbaycan türk-müsəlman dövlətlərindən biri olan Sacilər dövləti (879-941) yeni şəraitdə ölkəni siyasi cəhətdən birləşdirməyə nail oldu.

1-ci hissəyə keçid linki: https://millikimlik.az/2023/6703/

Write A Comment