Qacarlar Səfəvi dövlətinin qurulmasında yaxından iştirak edən 8 türk tayfasından ən böyüklərindən biri idi.
Yəqin ki, tamaşaçılar Dədə bəy – Piri bəy Qacar haqqında kifayət qədər eşidiblər. Səfəvi qoşununun böyük bir hissəsi qacarlardan təşkil olunurdu. Qacarlara verilən ən kiçik titul bəylərbəylik idi.
Məsələn, 1551-ci ildə Şəki tamamilə Səfəvilərə birləşdiriləndən sonra Toyğun bəy Qacar ora hakim təyin edilir. Şirvan birləşdiriləndən sonra əvvəlcə Əliqulu xan, daha sonra Peykər xan Qacar ora vali təyin edilir, Gəncəyə Şahverdi xan Qacar başçı təyin edilir.

Bu isə onu göstərir ki, qacarlar Səfəvi dövlətində də çox mühüm rol oynayan əsas tayfalardan biri idi, onlara tam şəkildə etibar edilirdi. Eyni sözü Nadir şah dövrü barədə də demək olar. İstər Nadir şah dövlətinin qurulmasında, istər əfqanların, istər rusların, istər osmanlıların Azərbaycandan qovulmasında təbii ki, Qacar tayfasının böyük rolu olub.
Nadir şahın ölümündən sonra qardaşı Adil şahın qacarlarla münasibəti əvvəlcə yaxşı idisə, sonradan pisləşməyə doğru getdi.

BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, Kərəm Məmmədli

Write A Comment