Hamıya məlumdur ki, 1919-cu ildə Üzeyir Hacıbəyovun bəstələdiyi Azərbaycan Xalq Cümhuriyyətinin himni Azərbaycan Respublikasının hazırkı himni üçün əsas götürülüb.

Ancaq hamı bilmir ki, 1919-cu ilə qədər AXC-in artıq qeyri-rəsmi himni var idi, onun bəstəkarı həmin Hacıbəyov idi.
“Azərbaycan Milli Marşı”nın melodiya və sözləri hələ cümhuriyyət yaranmazdan əvvəl – 1917-ci ilin dekabrında, yazıçı Yusif Çəmənzəmənlinin, hər bir xalqın azadlığı uğrunda mübarizəyə ruhlandıran öz himninə sahib olmalıdı, ideyasına cavab olaraq yazılmışdır.
Milli marşın ilk misrası və xoru belədir:

Vurulur meydanda sənc, dəf,
Düzülün əsgərlər səfbəsəf!
Yürüyün şövqlə düşmənə tərəf
Biliniz cəngizdir bizə sələf!
Giriniz meydana sanki şir,
Əlinizdə şəmşir ilə tir,
Dilinizdə olsun bu zikr,
Ya Allah, Ya Allah, Ya Allah,
Hüvə-kəbir!


Bu parçada, Azərbaycanın ictimai həyatında geniş yayılsa da, dünyəvi dövlətin qeyri-rəsmi himnində istifadə olunan dini ritorika diqqəti cəlb edir.
İkinci misra da Prezident Kitabxanasında tapılıb, ancaq onun ifası səs yazılarında yoxdur:

Çingizləri, Teymurları,
Gəl yada sal o ərləri,

Kim, ol zaman, türk hökmran,
Türkə müt′i nəsf-cahan,
İndi görükür nə zillət,
Çökü bu millət…
Yığın, övladı Çingizin!
Sürünün bu qeyrə dizin-dizin…
Bu qədər bir torpaq həp sizin
Görürük hər yanda türk izin!


Beləliklə, AXC-in ilk qeyri-rəsmi himni bizə 20-ci əsrin əvvəllərində müasir dövrdən əhəmiyyətli dərəcədə fərqlənə bilən tarixə baxışı göstərir.

Qafqaz Tarixi Mərkəzinin direktoru, Rizvan Hüseynov

Write A Comment