Elxanilər Azərbaycan dövlətçiliyinin varisləri kimi

Bəşəriyyət tarixinin ən böyük imperiyalarından biri – Çingiz xanın hakimiyyətinə tarixi Azərbaycan bölgəsi də daxil idi.
Çingizilərin işğalına qədər burada paytaxtı Təbriz olan Azərbaycan Atabəylər dövləti (1136-1225) artıq mövcud idi. Çingiz xanın sərkərdələri bu torpaqlara çatanda bir vaxtlar müstəqil və qüdrətli, lakin artıq zəifləmiş Atabəylər dövləti Xarəzmin vassalı idi.

Bu torpaqları zəbt edən Çingiz xan ordusu burada böyük xaqanın nəvəsi Hülaku xanın başçılıq etdiyi yeni ulus (hakimiyyət) yaratdılar.
Hülaku xanın ulusu tarixçilərə onun hökmdarlarının titulu ilə tanınırdı.
Elxanilər öz dövlətlərinin paytaxtı kimi Azərbaycanın əsas şəhəri olan Təbrizi seçdilər.
Bu da təsadüfi deyil – monqol istilasına qədər Azərbaycanda, Elxanilərin davam etdirdikləri və onlardan qabaq Atabəylərin hakim olduqları ərazidə, dövlətçilik ənənəsi var idi: Azərbaycan, Əcəm İraqı, Xuzistan, Fars, Əhlat (Şərqi Anadolu), Təbəristan və s.

Azərbaycan dövlətçilik ənənələrinin Çingizi-Elxanilər tərəfindən davam etdirilməsi məhz vaxtilə Azərbaycan Atabəylərinə tabe olan yuxarıda göstərilən ərazilər üzərində öz hakimiyyətini qanuniləşdirmək istəyi ilə bağlı idi.
DİQQƏT! Bundan sonra dünya Elxaniləri “Təbriz şahları” kimi tanıyırdı. Düz eşitdiniz – yəni Təbriz şahları, yəni Azərbaycan.
Diqqətinizə Kataloniya atlasının bir fraqmentini təqdim edirik (XIV əsr).
Elxanilərin mülkiyyətində olan bütün şəhərlər öz bayrağı ilə işarələnmişdir: ortasında qırmızı düzbucaqlı olan qızılı rəngli beşbucaqlı parça.


Amma biz sülalənin adı ilə maraqlanırıq. Deməli, orta əsr avropalıları üçün Elxanilər “Monqol” deyil, “Fars”, “İran” deyil, Təbriz kralları kimi (Rey del Tauris) tanınırdılar.
Azərbaycanın əsas şəhəri Təbrizin Elxanilərin nəhəng imperiyasını təyin etmək baxımından necə mühüm identifikator olduğunu oxucuya aydınlaşdırmaq üçün qonşu dövlətin adına nəzər salaq: “Dehli kralı” (Lo Rey Delli). Bildiyiniz kimi, həmin illərdə Hindistanın şimalında Dehli Sultanlığının türk-müsəlman dövləti mövcud idi.

Beləliklə,
Rey Delli = Dehli Sultanlığı.
Rey Tauris = Fars? İran? Yox! Təbriz Sultanlığı.
Bir sözlə, orta əsr avropalılarının nəzərində Çingizi-Elxanilər – Təbriz Sultanlığından başqa bir şey deyildi.

İstinad: amireyvaz.com

Write A Comment