Gəncədən və Qarabağdan ayrı düşən türkman qardaşlarımız!

Kərkük bölgəsində iyirmidən çox xoyrat melodiyası var: bəşiri, nobatçı, yolçu, əhməddai, kəsük, ağam-ağam, qarabağı, aldanə, iskəndəri, bayatı, qızıl və s.

İraq türkmənlərinin bir qisminin Qarabağlı kökünə aid olmasından bəhs edən bu xoyratlardan (folklor dördlüklərindən) birini təqdim edirik (Səfəvilərin və Əfşarilərin köçürmə siyasətini xatırlatmaq kifayətdir):

Əslim Qarabağlıdır
Sinəm çarpaz dağlıdır
Kəsilib gəlib gedir
Demək yollar bağlıdır


Burada isə bəzi İraq türkmənlərinin Gəncədən olmasını göstərir. “Gəncədən Bağdad yolu” xoyratı buna sübutdur:

Bağdad yolu Gəncədi,
Qulu pəncə-pəncədi.
Demə sizdən irağam,
Bu sevda oluncadı.


Və ya burada:

Harda bir qərib görsən,
Elə bil, Gəncəlidi.


Türkiyəli alim və araşdırmaçı doktor Mustafa Özkan “İrak Türkmen Atasözleri Üzerine Bir İnceleme” adlı əsərində yazır: “Marağalı Azərbaycan türkləri olan İraq türkmənlərinin bir hissəsi Şah İsmayıl tərəfindən İrana köçürüldü. Bundan başqa, Azərbaycan türklərinin İraqa köçürülməsində Nadir şahın rolu böyük olmuşdur”.

İstinad: turantoday.com

Write A Comment