“İlk döyüşdə sayca az olan Qızılbaşların şücaət və fədakarlığı kürdlərə elə təsir etmişdi ki, onlar öz aralarında “Qızılbaşlar insan deyillər, onların bədəni poladdandır” deyirdilər.
Kürdlərə qarşı ikinci döyüşdə məşhur Qızılbaş sərkərdəsi Əbdi bəy Şamlu həlak oldu, onun oğlu Durmuş xan, eləcə də Məntəş sultan Ustaclu yaralandılar.

Əvvəlcə kürdlər üstünlük qazansalar da, müharibədə iştirak etmək üçün Qəzvin – Ərdəbil – Təbriz yolu ilə özünü yetirmiş Şah İsmayılın başçılıq etdiyi əsas qüvvələr qəflətən döyüşə atıldıqdan sonra kürd ordusu darmadağın olundu.”
Mənbə: “Aləmarayi Şah İsmayıl” , s.151-159

P.S. Qarabağ döyüşləri göstərdiki biz elə həmin Qızılbaşıq. Əsas odur ki, özümüzə inanaq.

Istinad: FB / Şah İsmayıl Səfəvi

Write A Comment