Tarixdən bizə məlumdur ki, özbək Şeybanilər və qızılbaş Səfəvilər Xorasan torpaqları uğrunda uzun zaman şiddətli müharibələr aparırdılar.
Bəzi məlumatlar görə özbəklər bu müharibələri onunla əsaslandırırdılar ki, Xorasan onların irsi torpaqlarıdır.
Məhəmməd şah Xudabəndə dövründə Xorasan özbəklər tərəfindən zəbt olunduğundan, Şah Abbas bu bölgəyə yürüş təşkil etmişdi.

Mərkəzi Asiya tarixinin tədqiqatçılarından olan Tomas Uelsford bu haqqda maraqlı qeydləri var:

“Şah Abbasın gündoğar səfərini eşitcək Din Məhəmməd xan (Buxara xanlığının sərkərdəsi) əmirlərindən nə etməliyik deyə soruşur, əmirləri Hacı biy, Abdullah Manqıt və Əbül Məhəmməd biy bu sözləri deyərək geri çəkilməyi məsləhət görürlər:
«Xorasan vilayəti qızılbaşların yüz illik yurd və məskəni olub və özbəklər orada heç vaxt daimi yaşayış yeri yaratmayıblar və bizim öz yurd və məskənimiz qədimdən Mavərəünnəhr olub.»
Yani anladığınız qədər, hətta özbəklər də bilirdilər ki Xorasan mülkü əslində onlara məxsus deyil.

Mənbə: Thomas Welsford, Four Types of Loyalty in Early Modern Central Asia. The Tūqāy-Tīmūrid Takeover of Greater Mā Warā al-Nahr, 1598-1605.

Qizilbash Unity

Write A Comment