Sultan Səlim Şah İsmayıla yazır…


(İkinci məktub)

“O məktub Süleymandandır və o, “bismillahir rəhmanir rəhim”dir. Mənə qarşı təkəbbür göstərməyin və yanıma müsəlman olaraq gəlin!”(27/30-31)
Allahın salamı olsun yaratdıqlarının ən yaxşısı olan olan Məhəmməd, övladları və səhabələrinə hamılıqla. Bu, nazil etdiyimiz mübarək bir kitabdır, ona tabe olun və Allahdan qorxun ki, bəlkə rəhm ediləsiniz! (6/155)

Səmadan enmiş vəhy kiminə bu zəfər tuğralı məktub, “Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik”(17/15) ayəsinin tələbinə uyğun olaraq Allah-təlalanın bütün dünyadakı xəlifəsi, “İnsanlara fayda verən bir şey isə yer üzündə qalar”(13/17) ayəsinə şamil edilən yerə endirilən, Süleyman kiminə uca mərtəbəli, İskəndər kimi cahangir, Firudin kimi şərəfli, kafir qövmə qarşı vuruşan, Allahın yanında çox möhtərəm və çox müti (mələkləri) qəbul edən, qoruyucu mücahid, müzəffər yardımçı, şir nəslindən olan (Leys bin əl-Əsəd bin əl-Qəzənfər), ədalət və yaxşılıq bayrağını genişləndirən, bizim əzəmətli ağamız Sultan Səlim Şah ibn Sultan Bəyazid ibn Sultan Məhməd xan tərəfindən Əcəm məmləkətlərinin padişahı, zülm və sitəm diyarının ağası, pislərin sevinci və rəhbəri, zəmanənin Darası, dövrün Zəhhakı, Qabilə (Adəm peyğəmbərin qardaşını öldürən oğlu) əmir İsmayıla izzətlə yazıldı.

Məlum olan budur ki, Allah dərgahından “Allahın insanlara əta etdiyi mərhəmətə heç kəs mane ola biıməz…” (35/2) nişanəsi ilə olan “Sən mülki istədiyinə verərsən” (3/25) padişahlıq hökmünü qəzavü-qədər bizim böyük adımıza çıxardı (yəni Allah tərəfindən hökmdar olmaq bizə həvalə edildi). Şübhəsiz ki, yer üzündə ilahi qanunların əmr və qadağaları eləcədə səltənətə aid olan işlər və hökmlər səmavi hökmün nüfuzuna malikdir. Bu, Allahın istədiyinə əda etdiyi mərhəmətdir…(62/4). Bir çox şəxsdən eşitdiyimizə görə, Məhəmmədin pak ümmətsini -salam olsun ona -özünün yalnış əqidənə tabe etmiş və sabit dinin əsaslarını ləğv edib, zülm bayrağını təcavüz qaydaları ilə yüksəltmiş, pislikdən çəkindirməyi və yaxşılığa əmr etməyi şəriətin əsaslarından hesab etmiş, öz çirkin şiəni məhrəm qadınları halal hesab etməyə və günahsız insanların qanını tökməyə təhrik etmisən. “Yalana qulaq asan və haram yeyənlərin” (5/42) hökmün ilə bihudə sözlərə qulaq asıb, haramlar yemisən. Məscidi xarab edərək bütxana düzəltmisən. İslamın böyük sütunları olan minbərləri zalımcasına dağıdıb, açıq-aşkar haqqı batildən ayırma (Quranı) keçmiş xalqların əfsanələri adlandırıb pisliyin yayılmasına səbəbkar olaraq öz adını bədnam etmisən.

Əhli-sünnət və cəmaətin üstün alimlərinin əqli və nəqli (dini mətnlərə) əsaslanan fətvalarına görə bizim ali iradəmizin borcudur ki, qədimdən qalma adət-ənənə olan “çox ehsan edən Allahın dininə yardım etmək imanın ən yüksək dərəcəsinə (sahib olmaqdır qanununa əməl edərək)” yeni adət-ənənlərin rədd edilməsi, qadağan edilməsi, sıradan çıxarılması və sıxışdırılmasını həyata keçirək. Onun (peyğəmbərin) – salam olsun ona – bir hədisdə buyurduğu kimi: “Hər kəs bizim işimizdə yenilik (bidət) etsə bu məqbul deyildir” və ya başqa bir hədisdə ” hər kəs bizim işimizə uyğun olmayan bir iş görsə bu məqbul deyil və tənqid olunmuşdur”. İlahi qəzavü-qədər, kafir olanın əcəlini bizim iqtidarımıza həvalə etdiyi üçün o diyara (Səfəvi dövlətinə) istiqamət alaraq “Yer üzündə bir nəfər belə kafir qoyma” (71/26) hökmünü rəhbər tutub əziz Allahın izni ilə yola düşdük. Zəfər qılıncını siyirməkdə məqsəd Allahın şəriət axının yolunda bitən və pərpərən kimi inkişaf eləmiş tikan və alaq otlarını kökündən qopararaq rüsvayedici torpaq üzərinə atmaqla müqəddəs atların ayaqları altında tapdalamaqdır “Xalqın böyüklərində zəlil edərlər. Onlar məhz belə hərəkət edərlər” (27/34) ayəsində deyildiyi Kiki kin-küdurət dolu toppuz zərbəsi ilə xam xəyala düşmüş din düşmənlərinin beynini müharibənin cəngavər şirlərinin yeminə çevirək. (Ayədə deyildiyi kimi) “zülm edənlər ilə (öləndən sonra) hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!” (26/227)
Şeir:

Mən o şəxsəm ki, iti qılıncımı siyirdikdə
Yer üzündə qiyamət qopararam
Erkək aslanların ürəyindən kabab edər
Pəhləvanların qanından sübh vaxtı şərab içərəm
Kamanımla qartal ovlayar
Qılıncımdan – günəşin ürəyi titrəyər
Əgər döyüşə gəlməmisə deməli sən məni saymamısan
Fırlanan (hərəkət edən ) səma eşitməmisən
Günəşdən yüyənimin qüvvətini soruş
Bəhram dan nizə min ucunun suyunu soruş
Əgər tacın varsa mənimdə qılıncım var
Çünki tacım əlimdə aram olan qılıncıdır
Ümidvaram ki, bəxtin qüvvəsi ilə
Düşmənlərin təxti-tacını alaram.

“Din nəsihətdir” düşüncəsindən çıxış edərək əgər kişilərin üz tutduğu yer olan bizim yurdun mələklərinin arzub Kəbəsi və bəxt qibləsi nə üz tutsan, zülm altında inləyən təbəələrini incitməkdən əl çəksən və özünü “günahdan tövbə edən günahı heç olmayan kimidir” cərgəsində qərar versən, Məhəmmədin -salam olsun ona, pak ailəsinə və hidayət edən səhabələrinə və Allah onların hamısından razı olsun; “səhabələrim ulduzlar kimidir, hər hansı biri nümunə götürsən iz hidayət olarsınız” deyə buyurulmuşdur” – pak və doğru sünni təriqətinin ardıcılı olan millət və məzhəbdən olasan, həmin ölkələri və onlardan aslı olanları Osmanlı ərazilərindən hesab etsən (yəni bütün dövlətini mənə tabe etsən) padişahlıq və şahlıq lütfümüz sənə də şamil olacaqdır.
Şeri:

Başının üzərində ədalət və lütf kölgəsi yaradaq
Məhəbbət görən qapımızın torpağına üz sürtər
Afərin bunu qəbul edən şəxsin bəxtəvərliyinə.

Əks təqdirdə mahiyyətindən irəli gələn fitnəkarlıq və təkfirçi təbiətinə uyğun davranmağa üstünlük verərik. Qaralmış qəlbə moizə oxumağın faydası olmaz. Allahın köməyi və ən gözəl yardımları ilə başında hər tac olanın tacını odlayaram və geniş yer üzünü o insanlardan təmizləyərəm. “Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir” (5 /56).Zalımların əllərini yədi-beyza (parlaq əl) pəncəsi, qüdrəti ilə büküb sındıraram ki, “Allahın qüdrət əli onların əllərinin üstündədir” (48/10).

Qulağınızdan qəflət pambığını çıxarıb, əyninizə kəfən geyinib hazır olun ki , “verdikləri vədə əməl edərlər” ayəsini rəhbər tutan “sanki onlar möhkəm divarlardır” (61/4) ayəsində əmr edilənlərə bənzər qalib əsgərlərim ölüm vədəsi gəldiyi üçün ” Onların əcəli gəlib çatdıqda ondan bircə saat belə nə geri nədə irəli keçərlər” (10/49) ayəsini ucadan oxuyar və “onları harada görsəniz tutub öldürün” (4/89) ayəsinin hökmünə əməl edərlər. Onları yer üzündən silər o diyarda heç bir şəxsi sağ qoymazlar. “Əvvəl də, sonrada hökm Allahındır. O gün möminlər sevinəcəklər” (30/4).
“Artıq o zalım tayfanın kökü kəsilmiş olacaq. Həmd olsun aləmlərin Rəbbi olan Allaha!” (6/45).

Mənbə: Facebook/Şah İsmayıl Səfəvi səh.

“Şah İsmayıl Səfəvi Tarixi-diplomatik sənədlər toplusu”

Write A Comment